Azərbaycanda velosipedçilər hərəkatının inkişafına həsr olunmuş “dəyirmi masa” keçirilib
09.11.2013 [13:10]
Sahib Ələkbərov: Ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib
Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda velosipedçilər hərəkatının inkişafına həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması, enerji qənaəti, sağlam həyat tərzinin təbliği, ictimai məkanda ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasından ibarət olub.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıxov bildirib ki, “dəyirmi masa”nın keçirilməsində məqsəd Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işləri müzakirə etməkdir. O, Elmi Araşdırmalar Mərkəzi tərəfindən bu məqsədlə Azərbaycanda velosiped idmanının inkişafı konsepsiyasının hazırlandığını bildirib.
Çıxışına Prezident İlham Əliyevin bir neçə ay əvvəl İsmayıllı rayonuna səfəri zamanı velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmadığı, lakin həm gözəl idman növü, həm də nəqliyyat vasitəsi olması barədəki fikirlərini xatırlatmaqla başlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bu idmanın son dövrlərdə ölkəmizdə yüksəliş dövrünü yaşadığını bildirib. O, qeyd edib ki, ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2012-ci ildə 23 yaşınadək gənclər arasında, bu ilin may ayında isə peşəkar velosipedçilər arasında ilk dəfə “Tour d`Azerbaidjan” beynəlxalq veloturlarının, habelə bölgələrimizdə müxtəlif respublika əhəmiyyətli yarışların keçirilməsi, eləcə də Federasiyanın bu idman növünün ictimai əhəmiyyəti və inkişaf perspektivləri ilə bağlı apardığı sistemli təbliğat velosiped idmanına ictimai marağın artmasına ciddi təkan verib. Onun sözlərinə görə, idman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət gənc və yeniyetmələrin velosiped idmanına marağını artırır. Velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan və ilk uğurlarını qazanan idmançılarımızın sayı da getdikcə artır. Cari ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlamış “Synerji Baku” komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutaraq podiuma qalxıblar.
S.Ələkbərov müzakirə olunan konsepsiyanın bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiq olduğunu qeyd edib, velosipedin bir idman və nəqliyyat növü kimi inkişaf etdirilməsinə yeni bir töhfə kimi qiymətləndirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin qanunvericilik sektorunun müdiri Şamil Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev, Azərbaycan Tibb Universitetinin ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov, Nəqliyyat Nazirliyinin nümayəndəsi Tural Rəsulov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov, Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və digər çıxışçılar da velosiped idmanının inkişafı ilə bağlı öz fikir və mülahizələrini söyləyib, geniş kütlələrin bu işə cəlb olunmasının vacibliyini vurğulayıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

