/ / Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzindədir
14.11.2013 [09:41]
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzindədir. Türkiyənin nüfuzlu qəzetləri səfərin ilk günü Ankarada keçirilmiş mərasimlər və görüşlər haqqında xəbər və məqalələri birinci səhifələrində dərc ediblər.
“Hürriyet” qəzetində dərc olunmuş geniş məqalə üçün Türkiyə Prezidenti Abdullah Gülün Prezident İlham Əliyevə dövlət mükafatı təqdim edərkən söylədiyi nitqdəki “Yaşasın can Azərbaycan” sözləri sərlövhə seçilib. Qardaş ölkənin dövlət başçısının “Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının qurtarılması Türkiyənin də milli məsələsidir” sözləri isə başlıqaltı kimi verilib. Məqalədə iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Hayrünnisə Gülün Çankaya köşkündəki Osmanlı zalı ilə tanışlığı barədə xəbər də yer alıb.
“Star” qəzetinin “Qardaşlıq nişanına ATAK möhürü” başlıqlı məqaləsində prezidentlər İlham Əliyev və Abdullah Gülün təltif edilməsi mərasimindən bəhs olunub. Prezidentlərin Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanışlığına da yer ayıran qəzet dövlət başçılarının “HÜRKUŞ” əsas təlim təyyarəsinin önündə çəkdirdikləri fotoşəkli birinci səhifəsində dərc edib.
“Sabah” qəzeti “İkitərəfli təltif mərasimi” başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir” sözlərinə diqqət çəkib. Məqalədə Azərbaycanla Türkiyə arasında çoxşaxəli əlaqələrin perspektivləri, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Ankarada keçiriləcək növbəti toplantısının əhəmiyyəti haqqında təhlillər də əksini tapıb.
“Vatan” qəzetinin “ATAK təqdimatı” və “Qardaşların sevinci” başlıqlı xəbərlərində vurğulanıb ki, yenidən Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edən İlham Əliyev Çankaya köşkündəki çıxışını “Yaşasın Türkiyə, yaşasın Azərbaycan” sözləri ilə tamamlayıb. Xəbərlərdə Azərbaycanın və Türkiyənin birinci xanımları Mehriban Əliyeva və Hayrünnisə Gülün Çankaya köşkündəki görüşündən də bəhs olunub.
“Milliyet” qəzeti “Əliyevə dövlət, Gülə Heydər Əliyev ordeni” başlıqlı xəbərində iki dövlət başçısının çıxışlarına geniş yer ayırıb. Abdullah Gülün “Azərbaycan hamımızın Vətənidir”, İlham Əliyevin “Bizim dostluğumuz və qardaşlığımız sarsılmazdır” sözləri manşetə çıxarılıb.
Qardaş ölkənin “Zaman” “Türkiyə”, “Yeni Şafak”, “Ortadoğu”, “Bugün”, “Taraf” və digər nüfuzlu qəzetləri də Azərbaycan Prezidentinin rəsmi səfərini geniş şəkildə işıqlandırıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin ilk günü keçirilmiş mərasimlər NTV, “CNN Türk”, “HaberTürk”, “Sky”, TRT Haber, TGRT, Kanal 24 və digər televiziya kanallarında canlı yayımlanıb. Bu verilişlər zamanı Türkiyənin siyasi şərhçilərinin səfərin əhəmiyyəti, Türkiyə-Azərbaycan əlaqələri haqqında şərhləri də təqdim edilib.
Dövlətimizin başçısının Ankarada keçirdiyi görüşlər və mərasimlər haqqında xəbər və fotoreportajlar Türkiyənin Anadolu, İhlas, DHA, Cihan xəbər agentlikləri tərəfindən də operativ olaraq yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

