Masallıda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin beşinci cildinin təqdimatı olub
21.11.2013 [09:36]
Noyabrın 20-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının 5-ci cildinin təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, sonra AzTV-nin istehsalı olan “Elmira” sənədli filminə tamaşa ediblər.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayaraq çoxcildlik roman-tədqiqatın 1-4-cü cildlərinin də təqdimatının Masallıda keçirildiyini diqqətə çatdırıb.
S.Əliyev Masallı rayonunun çoxsaylı oxucuları adından Elmira Axundovanı əlamətdar hadisə münasibətilə təbrik edib.
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Musarza Mirzəyev “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatın 2013-cü ildə çapdan çıxmış 5-ci cildi haqqında məruzə edib.
Qeyd olunub ki, Heydər Əliyevin mənalı və zəngin ömür yolu böyük məktəbdir. 726 səhifədən ibarət olan kitabın 5-ci cildi Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini əks etdirir. Kitabda Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı maraqlı epizodlar verilib, blokadaya alınmış Naxçıvandakı vəziyyət real hadisələr fonunda oxuculara çatdırılıb.
Bildirilib ki, Elmira Axundovanın gərgin əməyi nəticəsində ərsəyə gələn bu əsərdə Ümummilli lider Heydər Əliyevin zəngin həyatı və fəaliyyəti ilə bağlı olduqca maraqlı məlumatlar yer alıb.
Diqqətə çatdırılıb ki, yeni cilddə Masallı rayonunun tanınmış ziyalısı Şirvan Əbilovun Heydər Əliyevlə görüşü barədə də məlumat verilib.
Toplantıda çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov Elmira Axundovanın bu əsərinin həm indiki, həm də gələcək nəsillərin ömrünü öz xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın xoş gələcəyi naminə çalışmış Ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini yaxından öyrənmələri baxımından zəngin mənbə olduğunu vurğulayaraq Ulu öndərlə bağlı xatirələrindən, Onunla keçirdiyi görüşlərdən danışıb.
Masallı rayonunun Təzə Alvadı uşaq bağçası və körpələr evinin müdiri Göyçək Ələsgərova, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Sədəf Aqilzadə, ziyalı Ələşrəf Niftiyev kitabın bədii məziyyətlərindən danışıb, Elmira Axundovaya rayon əhalisinin ən xoş arzularını çatdırıblar.
Milli Məclisin deputatı Nəriman Əliyev çıxışında bu ilin aprel ayında Bakı şəhərində kitabın 5-ci cildinin təqdimatı barədə ətraflı məlumat verərək 10 illik gərgin əməyin bəhrəsi olan roman-tədqiqatın müəllifi Elmara Axundovanın yaradıcılıq əzmkarlığını yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Elmira Axundovanı rayon əhalisi adından 60 illik yubileyi və roman-tədqiqatın 5-ci cildinin çapdan çıxması münasibətilə təbrik edərək kitabı tarixi əsər adlandırıb.
Heydər Əliyev irsinin tükənməz bir xəzinə olduğunu vurğulayan Rafil Hüseynov bu xəzinədən hamının bəhrələnə bildiyini diqqətə çatdırıb.
“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi Elmira Axundova əsərin ərsəyə gəlməsində ona dəstək olanlara təşəkkürünü bildirərək qeyd edib ki, 10 ilə yaxındır ki, roman üzərində çalışır. Romanın rus dilində artıq 7 cildi çapdan çıxıb.
Kitabın 5-ci cildi çox qısa bir vaxt kəsiyini əhatə etsə də (1990-1993-cü illəri) məzmun və həcmcə çox böyük bir kitabdır.
Bu illər Heydər Əliyevin həyatının dramatik, ən çətin bir dövri idi. Eyni zamanda Azərbaycanın və Naxçıvanın ən çətin bir dövrü idi. Bu dövrdə həm Azərbaycanda, həm SSR-i məkanında çox böyük hadisələr baş verirdi.
Müəllif deyib: “Kitabda xeyli eksklüziv material var. Burada 100-ə yaxın insan danışır. Mən onlarla şəxsən özüm görüşmüşəm. Heydər Əliyevlə işləmiş, Ona sadiq olan, o vaxt birgə mübarizə aparan insanlarla. Bu il Yeni Azərbaycan Partiyanın yaranmasının 21-ci ildönümünü qeyd edirik. Kitabda partiyanın tarixi ilə bağlı maraqlı məqamlar da əksini tapıb. Artıq kitabın 7-ci cildinin də Azərbaycan dilinə tərcüməsi hazırdır. Romanın beynəlxalq aləmdə yayılması prosesi başlayıb. Əsər rus dilində 7 cilddir, Azərbaycan dilində də 7 cild olacaq. Hazırda başqa bir 3 cildlik üzərində işləyirəm. Bu 3 cild bütün dünyada yayılacaq. Gələcəkdə “Heydər Əliyev və onun yaxın əhatəsi” və “Heydər Əliyev kadr arxasında” kitablarını yazmağı planlaşdırmışam”.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Elmira Axundova yaradıcılığının sonrakı illərini də Ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna həsr edəcəyini bildirib.
Sonra rayonun musiqiçiləri Ulu öndər Heydər Əliyevin sevdiyi və Ona həsr olunmuş mahnıları ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

