Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd edilib
22.11.2013 [09:07]
Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci il dönümü tədbirləri ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü partiyanın Şahbuz rayon təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi ilə qeyd olunub.
Binaya baxışdan sonra iclas zalında Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü və partiyanın Şahbuz rayon təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ümummilli liderimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir”, - fikrini xatırladaraq deyib: Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə AXC-Müsavat cütlüyünün hakimiyyəti Azərbaycanın müstəqilliyini təhlükə altında qoyub, baş verən siyasi proseslər qarşıdurmaya və vətəndaş müharibəsinə gətirib çıxarıb.
Ali Məclisin Sədri deyib: “Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranmışdır. 1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış 91 ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizi gözləyir” adlı müraciət etmişdir. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahiş olunmuşdur. Ulu öndər Heydər Əliyev müraciətə cavabında bildirirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Ulu öndərimizin bu cavabından sonra noyabrın 21-də Naxçıvan Dövlət Dram Teatrının binasında ölkəmizin müxtəlif bölgələrindən gələn 550-dən artıq ziyalının iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Bundan sonra Yeni Azərbaycan Partiyası qısa müddətdə formalaşdı və ölkəmizin digər bölgələrində, muxtar respublikada Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının yaradılmasına başlanılıb. Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı da 1993-cü il martın 13-də Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında yaradılıb”.
Ali Məclisin Sədri daha sonra Yeni Azərbaycan Partiyasının 21 illik fəaliyyətinə qısa nəzər salıb və ildönümü münasibətilə tədbir iştirakçılarını, Yeni Azərbaycan Partiyasının üzvlərini və təəssübkeşlərini təbrik edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi Anar İbrahimov, partiyanın Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov çıxış edərək deyiblər ki, Yeni Azərbaycan Partiyası bu gün ölkə vətəndaşlarının siyasi istinad mənbəyidir və partiya üzvlərinin sıraları hər il genişlənir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

