“Ya o tərəf, ya bu tərəf” yoxdur. Milli marağımız var”
22.11.2013 [09:27]
Bu ay Litva paytaxtı Vilnüsdə Avropa Birliyinin Şərq tərəfdaşlığı sammiti keçiriləcək. Mühüm sənədlərin müzakirə olunacağı sammit ərəfəsində bir çox siyasətçi və ictimai xadim Azərbaycanın Avropa Birliyinə inteqrasiya xətti seçməsinə tərəfdar olduğunu bildirir. Bu ərəfədə ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına Azərbaycanın qoşulub-qoşulmayacağıdır. Yaxın gələcəkdə Azərbaycanın xarici siyasətində hansı addım atıla bilər? Avropa Birliyi və Şərq tərəfdaşlığı, yoxsa Rusiyaya doğru istiqamət alaraq Gömrük İttifaqına qoşulmaq?
Müstəqilliyin ölkənin xarici siyasətində əsas amil olduğunu deyən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirir ki, Azərbaycan dövlətüstü qurumlara daxil olmaq xətti yeritmir: “Bizim dövlətimiz yalnız bərabərhüquqlu təşkilatlara daxil olur. Gömrük İttifaqı və Şərq tərəfdaşlığı ilə bağlı assosiativ üzvlük məsələsi Azərbaycanın siyasətində dilemma məsələsi deyil. Bu geosiyasətdir, seçim edərkən çox məsələləri götür-qoy etmək lazımdır. Azərbaycan müstəqil siyasət yeridir. “Ya o tərəf, ya bu tərəf” yoxdur. Milli marağımız var, ona uyğun da addım atılmalıdır”.
“Media forum”a danışan millət vəkili bildirir ki, Azərbaycan Vilnüs sammitində iştirak edəcək və son söz hökumətin verəcəyi qərardan asılıdır: “Hesab edirəm ki, dövlət rəhbəri milli marağımıza uyğun variantı götür-qoy edib öz qərarını verəcək. Gömrük İttifaqı ilə əlaqədar mövqe isə bəllidir. Azərbaycan təcavüzkar Ermənistanla eyni ittifaqda ola bilməz. Fikirləşsək ki, Qərbə inteqrasiya nəyisə həll edir, bu cür yanaşma da doğru deyil. Çünki müstəqil qalıb müstəqil siyasət yeritmək, xətt götürmək bəzən daha çox xeyir verir, nəinki müxtəlif güclərin döyüş və mübarizə meydanına çevrilmək. Ona görə seçim “ya o tərəf, ya bu tərəf” yox, milli maraq və müstəqil siyasətə uyğun addımlar olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

