Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Bu ilki seçkiləri bütün beynəlxalq təşkilatlar yüksək qiymətləndirib

Siyavuş Novruzov: Bu ilki seçkiləri bütün beynəlxalq təşkilatlar yüksək qiymətləndirib

23.11.2013 [12:46]

“Ümumiyyətlə, tək Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti deyil, eləcə də digər təşkilatların böyük əksəriyyəti, həmçinin ATƏT Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndiriblər”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, seçkilərdən sonra nəticələr dəfələrlə müxtəlif beynəlxalq qurumlar tərəfindən müzakirə olunub: “Çünki ölkəmizdə azad, ədalətli, şəffaf və demokratik seçkilər keçirilib. Qərəzli yanaşan yeganə təşkilat var ki, o da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Sonda bəlli oldu ki, onların yaydığı hesabat da tamamilə yalan və böhtandan başqa bir şey deyil. Azərbaycanda keçirilən seçkilər zamanı 1500-dən artıq beynəlxalq müşahidəçi seçkilərin gedişatını və nəticələrini yüksək qiymətləndirib”.

Paylaş:
Baxılıb: 1042 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31