AMALIMIZ VƏTƏNƏ XİDMƏTDİR
29.11.2013 [09:20]
Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir. Azərbaycanda siyasi sabitliyin yaradılması, dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin artması, ölkəmizin təhlükəsizliyinin təmin olunması Heydər Əliyev uzaqgörənliyinin uğuru və təntənəsidir.
Gənc nəsil Ümummilli liderimizdən daim qayğı görmüşdür. Ulu öndər Heydər Əliyev gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında layiqli yer tutması, dövlət quruculuğu prosesində peşəkar milli kadr kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdir. Onun şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də, biz gənclər üçün əsl həyat məktəbidir.
Dahi öndərimiz Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərməklə yanaşı, onların qarşısında mühüm vəzifələr də qoyurdu: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”.
Ötən əsrin ortalarında-hələ Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə milli kadrların hazırlanmasına önəm verən Ümummilli lider müstəqillik illərində də bu məsələyə diqqətlə yanaşmışdır. 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə imzaladığı Sərəncamla Azərbaycanda xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməlini qoymuşdur. Hazırda yaradılmasının 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz akademiya bütün ölkənin ictimai həyatında, o cümlədən, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işində mühüm rol oynamaqdadır. Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında öz layiqli yerini tutmuş akademiyamızın səmərəli fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Biz kursantlar Ulu öndərin adını daşıyan nümunəvi təhsil ocağında oxumaqdan qürur duyur, eyni zamanda, məsuliyyətimizi də dərindən dərk edirik. Bu xüsusi təyinatlı təhsil müəssisəsinin keçdiyi yolu təhlil edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxışlarının birində şəxsi heyətimiz üçün ən şərəfli və əlamətdar hadisəni qiymətləndirərək deyirdi: “İlk illərdə tikinti və quruculuq, təşkilati və kadr məsələləri ilə əlaqədar qarşıya çıxan bir sıra çətinliklərə baxmayaraq, akademiya 2000-2001-ci tədris ilindən fəaliyyətə başladı. Son illər Akademiya üçün yaddaşlardan silinməyəcək tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, 2005-ci il dekabr ayının 20-də milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun təşəbbüsü ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə Ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir”.
2006-cı il mart ayının 27-də isə Ali Baş Komandan İlham Əliyev Akademiyaya gəlmiş, Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm abidəsini, görünüşü və nəfis tərtibatı ilə seçilən Şöhrət muzeyini açmış, şücaət rəmzi olan “Döyüş bayrağı”nı Akademiyanın rəisinə təqdim etmişdir.
Akademiyamızda olarkən möhtərəm Prezident İlham Əliyev şəxsi heyət qarşısında dərin məzmunlu nitq söyləmiş və bu təhsil ocağında qısa müddətdə həyata keçirilmiş quruculuq işlərini yüksək dəyərləndirmişdir.
Biz gənclər üçün sevindirici haldır ki, akademiyamızda kursantlar vətənpərvərlik və azərbaycançılıq ideologiyası, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunurlar. Şübhəsiz ki, bütün bunlar qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycanımızın bizə verdiyi geniş imkanlar nəticəsində mümkün olmuşdur.
Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinin gərgin əməyi sayəsində akademiyamızda kursant və dinləyicilər üçün yaradılmış ideal şərait dərin və hərtərəfli biliklər qazanmağımıza, geniş dünyagörüşlü milli kadrlar kimi yetişməyimizə imkan verir. Geniş və işıqlı, hər cür texniki və əyani vəsaitlərlə təmin olunmuş auditoriyalar, fənn kabinələri, zənginliyi ilə seçilən xüsusi və ümumi kitabxanalar, kursantların fiziki və əməliyyat-döyüş hazırlığı üçün zəruri olan İdman və Sağlamlıq Mərkəzi, müasir tələblərə cavab verən yataqxanalar, istirahət otaqları, yeməkxanalar və klublar bizim istifadəmizdədir. Bütün bunlarla yanaşı, bolonya sisteminin tələblərinə uyğun olaraq tədrisin keyfiyyətini yüksəltmək, eləcə də, professor-müəllim heyətinin iş şəraitini yaxşılaşdırmaq məqsədi ilə akademiyanın kabinet və auditoriyaları müasir kompüterlər, audio-video texnika, proyektorlar, rabitə və digər texniki vasitələrlə də təchiz edilmişdir. Müasir informasiya texnologiyalarının və beynəlxalq informasiya resurslarının tədrisdə istifadəsinin təmin edilməsində geniş imkanlar mövcuddur.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının ərazisində yaradılan İdman və Sağlamlıq Mərkəzi bizi fiziki və psixoloji cəhətdən daha möhkəm, eləcə də, əməliyyat tapşırıqlarının yerinə yetirilməsi zamanı hazırlıqlı, inamlı və iradəli olmağımıza xidmət edir.
MTN-in Heydər Əliyev adına Akademiyasının kursantları respublikada, eləcə də, Akademiyamızda keçirilən idman yarışlarında mütəmadi iştirak etdiklərinə və yüksək nəticələr göstərdiklərinə görə müxtəlif medal və diplomlarla təltif olunurlar.
Akademiyada günün rejim qaydaları elə qurulmuşdur ki, dərs və praktiki məşğələlərdən sonra idman tədbirləri, zabit və müəllim heyəti ilə müxtəlif mövzularda aparılan elmi söhbətlər və fikir mübadilələri, mətbuat səhifələri ilə tanışlıq, tədris filmlərinin nümayişi hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir. Kursantların asudə vaxtının səmərəli təşkili və hərbi xidmətin daha mənalı keçməsi məqsədi ilə respublikamızın paytaxtında görməli tarixi yerlərə, muzeylərə aparılır, tanınmış alimlərlə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir.
Xüsusi xidmət orqanı əməkdaşının mükəmməl, hərtərəfli biliklərə yiyələnməsi və yüksək peşəkarlığı üçün vacib tələblərdən biri də ixtisas fənləri ilə yanaşı, hüquq elmini, ictimai-siyasi fənləri, eyni zamanda, xarici dilləri dərindən bilməsidir. Bu gün akademiyada müxtəlif xarici dillər tədris edilir. Ümummilli liderimiz Heydər Əliyev tələb edirdi ki, əməliyyat işçisi hərtərəfli biliyə, geniş dünya görüşünə malik olmalı və bir neçə dili mükəmməl bilməlidir.
Tədrisin yüksək ixtisaslı mütəxəssislər - elmlər doktorları, elmlər namizədləri, professorlar, eləcə də, uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş, dərin əməliyyat biliklərinə malik təcrübəli kadrlar tərəfindən həyata keçirilməsi də bizim peşəkar zabitlər kimi yetişməyimizdə mühüm rol oynayır. Akademiyanın professor-müəllim və zabit heyəti belə bir mühüm sahədə iş apararkən kursantların intellektual və mədəni səviyyələrinin daha da yüksəlməsinə, şəxsiyyət kimi Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi irsi əsasında formalaşmasına, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinə böyük önəm verirlər.
İdeoloji-siyasi hazırlığımızın yüksəlməsində, xalqa, Vətənə, dövlətə sədaqətli vətəndaşlar kimi formalaşmağımızda ən mühüm rol oynayan amillərdən biri də Ümummilli liderimizin örnək olan zəngin həyat yolu ilə tanışlıq və Onun siyasi irsinin öyrənilməsidir. Belə ki, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun, akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadənin kursant və dinləyicilər qarşısında dəfələrlə etdiyi çıxışlar, eyni zamanda, Ulu öndərimizin ömür yolunu işıqlandıran “Şöhrət” muzeyi, vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər bizim təhlükəsizlik orqanlarının əməkdaşları kimi milli maraqlara, Heydər Əliyev azərbaycançılıq məktəbinə sədaqət ruhunda yetişməyimizdə müsbət rol oynayır.
Bu gün Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası Onun siyasi varisi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı və xalqımız tam əmin ola bilər ki, biz gənclər Ulu öndərimizin şanlı ənənələrini daim yaşadacaq, Onun əvəzsiz siyasi irsini böyük həvəslə öyrənəcək, dahi öndərimizin şah əsəri olan müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edəcək, dövlətimizin inkişafı və təhlükəsizliyi naminə bundan sonra da bütün bilik və bacarığımızı əsirgəməyəcəyik.
A.Həsənov,
MTN-in Heydər Əliyev adına
Akademiyasının kursantı
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

