Hindistanda siqh icmasına qarşı təzyiqlər artır
12.03.2026 [09:37]
BTQ problemlə bağlı Cenevrədə beynəlxalq konfrans keçiriləcək
Son illərdə Hindistan hökumətinin siqh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb. Bu vəziyyət beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Müxtəlif insan hüquqları təşkilatlarının hesabatları göstərir ki, Hindistan hökumətinin siqh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyası genişlənir və transmilli xarakter alır. Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər siqh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir. Bu, siqh fəallarına qarşı aparılan siyasətin sərhəd tanımadığını göstərir.
Məsələ ilə bağlı Bakı Təşəbbüs Qrupunun (BTQ) bəyanatında bildirilib ki, Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində siqh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da eyni ildə Hindistan vətəndaşı Nikhil Guptanın siqh fəalı Gurpatvant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanıb. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülüb.
Transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiberhücumlar yer alır. Bu üsulların məqsədi siqh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır. Vətəndaş cəmiyyəti təşəbbüsləri də bu məsələnin beynəlxalq səviyyədə diqqət mərkəzində qalmasında mühüm rol oynayır. Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində siqhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans təşkil edib. Tədbirdə Hindistanda siqhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunub, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilmiş və birgə bəyanatlarla yekunlaşıb.
Tədbirdən sonra BTQ-nin rəqəmsal sistemləri kiberhücumlara məruz qalıb. Eyni zamanda, “Sikh Federation Canada” sədri Bual Moninder Singh tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri alıb. Bu hadisələr göstərir ki, siqh məsələsini beynəlxalq platformalarda gündəmə gətirən qurumlar və şəxslər hədəfə çevrilir.
Qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir. Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məşhur siqh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda, kiberhücumlara qarşı dayanıqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilib. “Qlobal düzəndə qeyri-sabitliyin artması və münaqişələrin çoxalması Hindistan hökumətinin əl-qolunu daha da açıb. Dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsindən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə siqh fəallarına qarşı daha sərt təqiblər həyata keçirməkdədir”,- deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirdə siqh diasporunun Kanada, Böyük Britaniya, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcəklər. Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin - siqh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalmaları faktları ətrafında müzakirələr aparılacaq. Təşkil edilmiş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bu xüsusda beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv şəkildə tətbiqi, eləcə də BMT-nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri (reparteurs) tərəfindən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsi, eləcə də bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyi, Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyəti konfransın əsas müzakirə mövzusu olacaq.
Beynəlxalq konfransın ardınca Cenevrə Mətbuat Klubunda Bakı Təşəbbüs Qrupu və Siqh Federasiyası tərəfindən hazırlanmış birgə hesabatın təqdimatı keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

