/ / Yazıçı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatının beşinci cildinin təqdimatı olub
Yazıçı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatının beşinci cildinin təqdimatı olub
03.12.2013 [09:22]
Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin Azərbaycan dilində beşinci “Ömrün Naxçıvan aşırımları” kitabının təqdimatı olub.
AzərTAc xəbər verir ki, Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatını 10 il müddətində topladığı materiallar, faktlar əsasında yazıb. Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində saxlanılan materiallar romanın əsasını təşkil edir. Təqdim olunan beşinci cilddə Ulu öndər Heydər Əliyevin Naxçıvana dönüşü, muxtar respublikada fəaliyyəti ilə bağlı az məlum olan faktlar və məlumatlar yer alıb.
Milli Məclisin deputatı Fəttah Heydərov dekabrın 12-də Ulu öndərin vəfatının 10 illiyinin tamam olacağını qeyd edərək bu təqdimatın Onun xatirəsini yad etmək üçün yaxşı tədbir olduğunu qeyd edib. O, müasir müstəqil Azərbaycanın qurucusu Ulu öndərin xatirəsini anmaq üçün belə bir tədbirin təşkilinə görə Elmira Axundovaya təşəkkürünü bildirib. F.Heydərov qeyd edib ki, onun da xatirələri bu kitaba daxil edilib. Kitabda yer alan həmin dövrün Azərbaycan üçün çox gərgin keçdiyini deyən deputat Ulu öndər Heydər Əliyevin titanik səyləri sayəsində ölkəmizin indiki güclü səviyyəyə çatdığını vurğulayıb. “Ulu öndər hakimiyyətə gəldikdən sonra mədəni, iqtisadi, sosial həyatda dirçəliş başladı. Onun Azərbaycanın inkişafı üçün nə etdiyi gözümüzün qarşısında olmuşdur”, - deyən F.Heydərov belə bir kitabı yazdığına görə Elmira Axundovaya təşəkkür edib.
Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək deyib: Kitabın dəyəri bir də ondan ibarətdir ki, müəllifin bu 10 il ərzində müsahibələr aldığı insanların bəziləri artıq həyatda yoxdur: “Artıq həmin insanlardan bu faktları toplamaq mümkün deyil və bunu Elmira Axundova etməklə o insanların dediklərini tarixə salmışdır”.
S.Novruzov bildirib ki, kitab Ulu öndərin Naxçıvanda çətin vəziyyətdəki fəaliyyətini faktlarla göstərir. Məhz Ümummilli liderin səyləri sayəsində Azərbaycan bu gün dünyada inkişaf edən ölkələr sırasındadır. O, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu quruculuq və inkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Milli Məclisin deputatı Mixail Zabelin kitabın Heydər Əliyevin şəxsiyyət kimi özəlliklərini açıb göstərdiyini söyləyib. Deputat qeyd edib ki, o vaxt Heydər Əliyevə Azərbaycanın çox böyük ehtiyacı var idi. “Heydər Əliyevin tərəfdarları Onun Azərbaycanı xilas etmək üçün ölkəyə qayıtmasına çox böyük çətinliklərlə nail oldular. O illər ağır illər idi. Məhz Onun titanik əməyi sayəsində Azərbaycan o çətin dövrü keçdi” - deyə, M.Zabelin vurğulayıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran əsərin bundan sonra Heydər Əliyev barədə yazılacaq kitablar, çəkiləcək filmlər üçün dəqiq mənbə olacağını deyib. O qeyd edib ki, Ulu öndərlə bağlı nə qədər yazılsa da, bitən deyildir və Onun şəxsiyyəti zaman-zaman öyrəniləcək.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, zaman keçdikcə Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin, Onun ideyalarının əhəmiyyətini daha yaxşı görəcəyik. O, Ulu öndərin ideyalarının Azərbaycan üçün önəmli olduğunu, bu ideyaların indi də Azərbaycanın inkişafına, xalqın rifah halının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb. V.Rəhimzadə bildirib ki, Ümummilli lider haqqında çox kitablar yazılıb, lakin Elmira Axundovanın kitabında tarixi faktlar, həmin dövrün canlı şahidlərinin dedikləri toplanıb. Bu da əsəri əvəzsiz tarixi mənbəyə çevirir.
Sonda kitabın müəllifi Elmira Axundova tədbir iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

