Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazirin müavini Elçin Əfəndiyev: UNESCO-nun bu mühüm sessiyasının Bakıda keçirilməsi cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir

Baş nazirin müavini Elçin Əfəndiyev: UNESCO-nun bu mühüm sessiyasının Bakıda keçirilməsi cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir

03.12.2013 [09:23]

UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi, ümumiyyətlə, cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir.
AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində söyləyib.
Baş nazirin müavini Azərbaycan ilə UNESCO arasında qarşılıqlı hörmətə, ehtirama və etimada söykənən işgüzar əlaqələrin yarandığını nəzərə çatdırıb. O, xüsusən son illərdəki fəaliyyəti qeyd edərək bildirib ki, bu müddətdə Azərbaycan ilə UNESCO arasında əlaqələr daha da genişlənib, Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunublar.
E.Əfəndiyev vurğulayıb ki, bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. O bildirib ki, Prezident İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubu Azərbaycan hökumətinin UNESCO ilə əməkdaşlığın inkişafına verdiyi qiymətin bariz nümunəsidir.
Baş nazirin müavini təqribən bir həftə davam edəcək bu sessiyanın ölkəmizdə keçirilməsinin Azərbaycan-UNESCO əlaqələrinin daha da inkişaf etməsində xüsusi rol oynayacağını deyib.

Paylaş:
Baxılıb: 950 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31