/ / Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65-ci ildönümü ilə əlaqədar konfrans keçirilib
Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65-ci ildönümü ilə əlaqədar konfrans keçirilib
11.12.2013 [09:29]
Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
AzərTAc xəbər verir ki, “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda keçirilən konfransda ölkəmizdə vicdan azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlər və dini icmaların insan hüquqlarının qorunmasında rolu müzakirə edilib.
Tədbirdə Azərbaycandakı bir sıra dini konfessiyaların rəhbərləri, dini icma sədrləri, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
DQİDK-nın sədri Elşad İskəndərov tədbirdə çıxış edərək dekabrın 10-da bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq İnsan Hüquqları Gününün geniş şəkildə qeyd edildiyini söyləyib. Komitə sədri bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm işlər görülüb. O, deyib ki, Ümummilli lider Heydər Əliyevin insan hüquqlarının qorunması ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
E.İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son bir ildə insan hüquqları ilə bağlı 50-yə yaxın tədbir həyata keçirdiyini bildirib. Komitə sədri əlavə edib ki, əsasən dini icmaların, milli azlıqların, qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxışında deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox mühüm addımlar atılıb, bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb. Ümumiyyətlə, insan hüquqlarının müdafiəsi ilə bağlı həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı buna bariz nümunədir. Beynəlxalq qurumlar da Azərbaycanda insan hüquqları sahəsində böyük uğurların qazanıldığını etiraf edirlər.
Diqqətə çatdırılıb ki, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çəkilib.
Konfransda, həmçinin BMT-nin Azərbaycan nümayəndəliyi və İSESCO tərəfindən təsis olunmuş Milli Tolerantlıq Mərkəzi tərəfindən həyata keçiriləcək dini icmalar üçün “Hörmət naminə birləş” layihə müsabiqəsi elan edilib. Müsabiqəyə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsində nəzərdə tutulmuş fundamental azadlıqlardan hesab edilən vicdan azadlığının ölkəmizdə təsbitinin təzahürü olaraq qeydiyyatdan keçmiş dini icmalar tərəfindən layihələr reallaşdırılacaq. Bu layihələr sağlamlığı məhdud yeniyetmələrin təhsil ehtiyaclarının qarşılanmasına, məhbusların cəmiyyətə inteqrasiyasına və ailə dəyərlərinin qorunmasına hədəflənib. Layihənin əsas prinsipi cəmiyyət üçün faydalı fəaliyyətin həyata keçirilməsi, o cümlədən dini icmaların cəmiyyətə inteqrasiyasının daha da gücləndirilməsidir. Layihədə iştirak etmək üçün müxtəlif konfessiyalara mənsub olan ən azı üç dini icma birlikdə sosial layihə təklif etməlidir. Hər layihə üçün beş min manatadək maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

