/ / Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olub
Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olub
12.12.2013 [09:40]
Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.
Mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimini keçirərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir işçisi də bu böyük insanın, dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq Ulu öndərə ehtiramlarını bildirir, dahi şəxsiyyətin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.
Baş prokuror deyib ki, çətin məqamlarda, mürəkkəb dövrlərdə yenilməz iradəsi, cəsarəti, qətiyyəti və uzaqgörənliyi ilə xalqımızı təzyiq və təhlükələrdən xilas etməklə Ümummilli lider inkişafa və tərəqqiyə aparan strateji xətti müəyyənləşdirərək Azərbaycanda demokratik hüquqi dövlətin qurulması üçün möhkəm zəmin yaradıb.
Müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz Onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib.
Natiq deyib ki, bu gün Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə tam sübuta yetirən və öz dövlətçilik fəaliyyətində varisliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində bütövlükdə Azərbaycanın, habelə hər bir bölgənin, şəhər və rayonun, kəndin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub. Sivil dövlətin və formalaşdırılmış demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılıb, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilib. Dünya birliyinə sürətlə inteqrasiya olunan Azərbaycan regionun lider dövləti statusunu özündə saxlayıb. İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında olan yerimiz qorunub saxlanılıb, böyük enerji layihələrinin reallaşdırılması, Azərbaycanın dünya kommunikasiya sisteminin tərkib hissəsinə çevrilməsi istiqamətində inamlı addımlar atılıb.
Bütün bunlar son nəticədə Azərbaycanın iqtisadi cəhətdən tükənməz qüdrətini və müstəqilliyini təmin etməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarıb.
Cari il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Bu illər ərzində ölkəmiz uğurlu iqtisadi inkişafa, ümumi daxili məhsulun əhəmiyyətli artımına nail olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş tədbirlər işğal edilmiş torpaqlarımızın azad olunacağına möhkəm inam yaradıb. Təsadüfi deyil ki, İlham Əliyevə hədsiz rəğbəti olan Azərbaycan xalqı seçkilərdə yüksək fəallıqla iştirak edərək 2013-cü ildə yenidən Ona böyük etimad göstərək növbəti 5 ilə Azərbaycan Respublikasının Prezidenti seçib.
Çıxışının sonunda baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi Onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Mərasimin sonunda Ulu öndərin xatirəsinə həsr olunmuş “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” adlı sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

