/ / Mübariz Qurbanlı: Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirib
Mübariz Qurbanlı: Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirib
12.12.2013 [09:40]
“Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, soisal, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var”. Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxartdı: “Bu addımlar həm 1969-1982, həm də 1982-87-ci illərdə atılıb, xüsusilə 1993-2003-cü illərdə müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətdə Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirib. Bu prinsiplər bu gün də Azərbaycan üçün, Azərbaycan xalqı üçün çox önəmlidir və hesab edirəm ki, bu prinsiplər gələcəkdə də xalqımız tərəfindən daim istifadə olunacaq”.
M.Qurbanlı vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi: “Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi”.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı: “1993-cü ilin yayında Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrünə, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdısa, Onun ikinci hakimiyyəti əsl qurtuluş oldu”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12

