Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qars şəhərində Azərbaycanın son on ildəki sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirilib

Qars şəhərində Azərbaycanın son on ildəki sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirilib

25.12.2013 [09:45]

Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin və Azərbaycanın baş konsulluğunun təşkilatçılığı ilə ölkəmizin son on ildəki sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş bildirib ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycanda böyük uğurlar qazanılıb.
O, xüsusilə diqqəti ölkəmizdə həyata keçirilən enerji və kommunikasiya layihələrinə cəlb edib, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyənin şərq vilayətləri, o cümlədən Qarsın sosial-iqtisadi inkişafında oynayacağı mühüm roldan danışıb. N.Bozkuş vurğulayıb ki, qarslılar müstəqil siyasət aparan və gündən-günə çiçəklənən Azərbaycan dövləti ilə fəxr edirlər.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Prezident İlham Əliyevin daxili və xarici siyasəti, dövlətimizin başçısının Türkiyə-Azərbaycan əlaqələrinin gücləndirilməsində xidmətləri haqqında danışıb. Diqqətə çatdırılıb ki, iqtisadi qüdrəti artan Azərbaycan öz xalqının rifahı ilə yanaşı, qardaş Türkiyənin də tərəqqisinə töhfələr verir.
Tədbirdə, həmçinin qardaşlaşmış şəhərlər olan Qars və Gəncənin iqtisadi və mədəni həyatını təbliğ edən internet saytının təqdimatı olub.

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31