Gənclər Fondu dördüncü qrant müsabiqəsinə yekun vurub və yeni müsabiqə elan edib
29.12.2013 [11:02]
Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Yığıncağın gündəliyinə dördüncü qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, növbəti müsabiqənin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil idi.
AzərTAc xəbər verir ki, Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov dördüncü qrant müsabiqəsinin yekunları barədə məlumat verərək bildirib ki, yalnız “C” kateqoriyası üzrə keçirilən bu müsabiqəyə oktyabrın 8-dən noyabrın 18-dək 14-29 yaşarası şəxslər tərəfindən 668 fərdi layihə təqdim edilib. Ötən müddət ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanıb. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun sayıblar. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən təhsildəki yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və incəsənətin müxtəlif sahələri üzrə müsabiqələrin keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, könüllülüyün və tolerantlığın təbliği, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, ekoloji durumun yaxşılaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması və s. mövzularda hazırlanan, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Barələrində müsbət qərar qəbul olunmuş fərdi layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 833 min manat vəsait ayrılıb.
Müşahidə Şurası növbəti qrant müsabiqəsinin elan olunması barədə də qərar qəbul edib. Beşinci müsabiqənin “A”, “B”, “C” və “E” kateqoriyaları üzrə keçirilməsi nəzərdə tutulub, hər kateqoriya üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “E” kateqoriyasının məzmununun dəyişdirilməsini, həmin istiqamət üzrə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının strukturunun möhkəmləndirilməsini və təşkilati inkişafının təmin edilməsi ilə bağlı müraciətlərin qəbul olunmasını təklif edib.
İclasda hər kateqoriya üzrə Fonddan tələb olunan məbləğin yuxarı həddi müəyyən edilib, beşinci qrant müsabiqəsinin 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək keçirilməsi barədə razılığa gəlinib.
İclasda müsabiqələrin təşkilini tənzimləyən bir sıra sənədlərdə - “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”da və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də dəyişikliklər edilib, “E” kateqoriyası üzrə yeni ərizə forması təsdiq olunub. Dəyişikliklər, ilk növbədə, aşağıdakı məsələləri əhatə edib:
- gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə bir layihə təqdim edə bilərlər; gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin olunması üçün səfər xərcləri (yol və ya yaşayış) Fond tərəfindən tam maliyyələşdirilə bilər; Fond resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər kobud pozuntuları aşkar edərsə, onun qrant almaq imkanlarını azı bir il müddətinə məhdudlaşdıra bilər; “E” kateqoriyası üzrə qrantlar son iki il ərzində azı bir beynəlxalq və dörd yerli layihə icra etmiş, minimum 20 üzvü olan yerli gənclər təşkilatlarına verilə bilər.
Müşahidə Şurasının iclasında Fond tərəfindən maliyyələşdirilmiş layihələrin icrasına, monitorinqinə və hesabatların təqdim olunması vəziyyətinə həsr edilən geniş toplantının keçirilməsinin zəruriliyi vurğulanıb, tədbirin yanvar ayının ikinci yarısında təşkili barədə razılıq əldə olunub.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

