/ / Avropa Şurası Parlament Assambleyasının üzvü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
Avropa Şurası Parlament Assambleyasının üzvü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
14.01.2014 [09:09]
Yanvarın 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bosniya və Herseqovinadan olan üzvü xanım Miliça Markoviç və Bosniya və Herseqovina nümayəndə heyətinin qurumdakı katibi xanım Sevda Valjevcic Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşüblər.
Komitədən AzərTAc-a bildiriblər ki, görüşdə Gəray Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində və Azərbaycan dövlətinin gördüyü tədbirlər barədə hərtərəfli məlumat verib.
Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını vurğulayıb, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açıb.
Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə səy göstərməsinə diqqəti cəlb edən sədr müavini bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini vurğulayıb, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə qətnamə və qərarlarının Ermənistan tərəfindən hələ də icra olunmadığını diqqətə çatdırıb.
Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün hər cür şəraitin yaradıldığını deyən sədr müavini bütün bunlara baxmayaraq, onların ən böyük arzularının doğma torpaqlarına qayıtmaq olduğunu bildirib.
Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 82 müasir qəsəbə salınıb, 180 mindən çox soydaşımız yeni evlərə köçürülüb, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib, müvafiq infrastruktur yaradılıb. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar belə səfər və görüşlərin əhəmiyyətli olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb. Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib.
Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olublar. Diqqətə çatdırılıb ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib.
Qonaqlar Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olublar. Doğma yurd-yuvalarına qayıtmaq arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Qonaqlar məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəblə də tanış olublar. Məlumat verilib ki, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

