Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

27.05.2026 [15:37]

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.

Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31