Azərbaycan gömrükçüləri peşə bayramlarını qeyd ediblər
31.01.2014 [10:38]
Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) ötən ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan gömrük xidmətinin keçdiyi şərəfli yoldan və bu sahədə əldə olunmuş uğurlardan danışan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev peşə bayramı münasibətilə gömrük işçilərini təbrik edib. Komitə sədri bildirib ki, DGK 1992-ci il yanvarın 30-da yaradılıb və Ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli Sərəncamı ilə yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan edilib.
A.Əliyev vurğulayıb ki, komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Azərbaycan gömrüyü yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları sayəsində təşəkkül tapmağa başlayıb. Gömrük xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində fəaliyyətini daha da təkmilləşdirir.
Hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi 2013-cü ildə 1 milyard 383,2 milyon manat gömrük vergi və rüsumu toplayaraq illik büdcə proqnozuna 100,2 faiz əməl edib. Azərbaycan gömrüyü eyni zamanda iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkara çıxarılması və ləğv olunması üçün qətiyyətlə mübarizə aparıb. Qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar üstünlük təşkil edir. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt aşkar edilib, ümumilikdə 135 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən 152 nəfər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması, habelə “bir pəncərə” sisteminin tətbiq edilməsi mal və yüklərin dövriyyəsinin sürətlənməsinə, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına imkan verir. Nəticədə ölkənin sərhəd-buraxılış məntəqələrində həyata keçirilən nəzarət tədbirləri 20 dəqiqə ərzində tamamlanır.
Dövlət Gömrük Komitəsi ötən il beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü iş aparıb.
Daha sonra məruzə ətrafında çıxışlar olub, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Komitənin 2014-cü il üçün iş planı təsdiq edilib, bir qrup gömrük əməkdaşına sertifikatlar, fəxri fərmanlar, xüsusi rütbələr, orden və medallar verilib.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

