Siyavuş Novruzov: Onların hamısı ölü candır
13.02.2014 [09:24]
“Bu gün “Milli şura” Azərbaycanda ictimai-siyasi proseslərə milçəyin vızıltısı qədər təsir etmək imkanında deyil”
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli şura”nın sədri Cəmil Həsənli və “El” Hərəkatının sədri Eldar Namazov arasında yaranan gərginliyə münasibət bildirib.
S.Novruzov APA-ya açıqlamasında deyib ki, bu gün siyasi partiya yaratmağa hazırlaşan E.Namazovun siyasi iddiası olub.
“Milli şura”nın E.Namazovun ideyalarından biri olduğunu deyən S. Novuzov bildirib ki, “Milli şura”da Rüstəm İbrahimbəyov aldadıcı amilmiş: “Çünki əvvəldən də bilirdilər ki, onun ikili vətəndaşlığı, başqa ölkə qarşısında öhdəliyi var, 10 ildən artıqdır, Azərbaycanda yaşamır, prezidentliyə namizəd ola bilməz. Eldar Namazov da bilirdi ki, “Milli şura”da Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsi alınmayacaq. Partiyalara gəlincə, AXCP Müsavat Partiyası başqanının, Müsavat Partiyası isə AXCP sədrinin prezidentliyə namizədliyinə razı olmayacaqdı. Sonrakı dövrdə də gördük ki, bu partiyalar bir-birinə qarşı nə dərəcədə aqressiv münasibətdədir. Digər partiyalar haqqında da eyni sözü demək olar. Eldar Namazovun yeganə ümidi və qurduğu tor ondan ibarət idi ki, Rüstəm İbrahimbəyov variantı olmadığı təqdirdə, özünün “Milli şura”nın İcra Aparatının rəhbəri kimi əvəzedici qismində prezidentliyə namizədliyinin irəli sürülməsinə nail olsun. Lakin “Milli şura”da bunu başa düşən qüvvələr Eldar Namazovun namizəd olmaması üçün Cəmil Həsənlinin namizədliyini irəli sürərək dəstəklədilər. Belə olan təqdirdə seçki dövründə Eldar Namazov faktiki bu proseslərə qoşulmadı. “Milli şura”dakılar indi çıxışlarında da qeyd edirlər ki, Eldar Namazov nə mitinqlərin təşkilində, nə imzatoplama, nə də təbliğat-təşviqat kampaniyasında iştirak etdi. Eldar Namazovun “Milli şura”da yaratdığı komissiyalar da seçki kampaniyasında iştirak etməyib. Cəmil Həsənli və Eldar Namazov arasında qarşıdurmanın səbəbi bunlardır. Digər tərəfdən, Cəmil Həsənlinin Azərbaycanda kifayət qədər hörmətinin olmaması, cəmiyyətdə qəbul edilməməsi, İsa Qəmbərin də dediyi kimi, ziyalıların böyük əksəriyyətinin Cəmil Həsənlini yaxşı tanıdığından onu dəstəkləməməsi fonunda “Milli şura”nın seçki prosesində iştirakı çox zəif oldu. Beləliklə, “Milli şura”da toplaşan müxalifətin bir hissəsinin namizədi çox acınacaqlı şəkildə məğlubiyyətə uğradı”.
S.Novruzov “Milli şura” və “El” hərəkatının artıq məhv olmuş qurumlar olduğunu vurğulayıb: “Milli şura” anadan ölü doğulmuş uşaqdır. Burada təmsil olunan insanlar ayrı-ayrı partiyalarda təmsil olunurlar, bir ildə beş təşkilat dəyişirlər. İndi də “Milli şura”nın siyasi qurum kimi fəaliyyət göstərməsi ideyasını ortaya atıblar. O cümlədən Eldar Namazov “El” hərəkatını partiyaya çevirmək ideyasını irəli sürüb. “Milli şura”da Cəmil Həsənlidən başqa adam qalmayıb. Vaxtilə çıxışlarımda demişdim ki, Cəmil Həsənli tərəzidəki boyun əti kimi ortada qalacaq, bu gün də qalıb. Əksəriyyət “Milli şura”dan istefa verib. Özünə yer tapa bilməyən iki-üç adam qalıb, onlar da yer tapan kimi gedəcəklər. Bu gün “Milli şura” Azərbaycanda ictimai-siyasi proseslərə milçəyin vızıltısı qədər təsir etmək imkanında deyil. “El” hərəkatı da faktiki yoxdur. Orada da 2-3 nəfər vardı, həmin adamlar “Milli şura”da idilər. Sadəcə, bu adamlar öz rollarını oynadılar, xaricdən vəsaitlərini aldılar, satqınlıqlarını göstərdilər. Öz dairələrinə, ağalarına Azərbaycan haqqında düzgün olmayan məlumat verdilər, seçki prosesinə kölgə salmağa çalışdılar. Lakin bunların heç biri baş tutmadı. Azərbaycan xalqı və Prezident bir yerdə oldu. Onların isə hamısı artıq məhv olmuş ölü candır”.
Xəbər lenti
Hamısına baxMüsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40

