/ / “İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb
“İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb
20.02.2014 [09:28]
Fevralın 19-da Bakıda İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən komitənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi qurumun ilk xeyriyyə təşkilatlarından biri kimi ölkəmizdə 1993-cü ildə fəaliyyətə başladığını söyləyib. Qeyd edilib ki, ötən müddət ərzində komitə Azərbaycana müxtəlif sahələrdə 40 milyon dollardan artıq məbləğdə yardım göstərib. Gənc ailələrə kiçik biznesin yaradılması məqsədilə iki milyon dollar məbləğində uzunmüddətli faizsiz kredit verilib. Komitə Azərbaycanın səhiyyə sahəsində də uğurlu layihələr həyata keçirib.
Bildirilib ki, bu qurum Azərbaycanda qarşıya qoyulan hədəflərin təxminən 85 faizinə nail olub.
Komitənin beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər təşkilatın yaranma tarixi və fəaliyyəti barədə danışıb. Bildirilib ki, qurum dünyanın 60-dan çox ölkəsində humanitar fəaliyyət göstərir.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, 1990-cı illərin əvvəlində Ermənistan ilə müharibədən sonra Azərbaycanın humanitar yardıma ehtiyacı olduğunu nəzərə alaraq rəsmi Tehran öz köməyini göstərməyə qərar verdi. Bununla bağlı, İmdad Komitəsinin o vaxtkı sədri Azərbaycana səfər edib və qurumun Bakı nümayəndəliyinin təsis edilməsi ilə bağlı razılıq əldə olunub.
Səfir bildirib ki, komitənin fəaliyyəti həm də Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına, ikitərəfli strateji əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizin son illər dinamik inkişafından danışıb. Bildirilib ki, respublikamızda fəaliyyət göstərən humanitar təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan hökuməti onların gördükləri işləri artıq öz üzərinə götürüb. İndi yardımlar dünyanın daha çox ehtiyac duyulan ölkələrinə göndərilir.
Baş nazirin müavini, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda fəaliyyət göstərən 80 humanitar qurumdan bu qədər uzun müddət fəaliyyət göstərən təşkilat məhz İmdad Komitəsidir.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda İmdad Komitəsinin gördüyü işlər həmişə yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev İrana səfərlərinin birində “İmam Xomeyni İmdad Komitəsi”ndə də olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra İmdad Komitəsi həmin ərazilərdə fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq.
Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nə qazanmayıb. Qeyd edilib ki, Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri bütün ölkələr ilə, ilk növbədə, qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir. Bizim Türkiyə, İran, Rusiya və Gürcüstan kimi dost və qonşu ölkələr ilə mehriban münasibətlərimiz var. Bu gün düşmən mövqeyində olan Ermənistan da Azərbaycanın qonşusudur. Ermənistan Azərbaycan ilə qonşuluq etməyə məhkumdur, amma çox təəssüf ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Azərbaycan Ermənistan ilə yalnız o halda qonşuluq münasibətləri saxlaya bilər ki, rəsmi Yerevan təcavüzkar siyasətindən əl çəksin və işğal olunmuş torpaqlarımızı tərk etsin.
Əli Həsənov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinin Azərbaycandan çox ermənilərin özlərinə faydası olacaq. Ümid edirik ki, işğalçı Ermənistan təcavüzkar siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələrək başa düşəcək ki, bu ölkə 20 ildə ancaq özünə ziyan vurub.
Sonda Əli Həsənov 20 ildən artıq müddətdə ölkəmizdə gördüyü işlərə görə İmdad Komitəsinə minnətdarlığını bildirib, təşkilatın rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

