/ / Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində məşhur mütəxəssislərlə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində məşhur mütəxəssislərlə görüşüb
21.02.2014 [09:45]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London Zoologiya Cəmiyyətinin eksperti Kris Rensom ilə görüşüb. Görüşdə Arzu Əliyeva da iştirak edib.
AzərTAc xəbər verir ki, ekspertlər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəliblər. U.Breytenmozer və K.Rensom Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.
Görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən səmərəli yolları müzakirə edilib.
Tanınmış ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən IDEA Resurs Mərkəzinə də baş çəkib, beynəlxalq miqyaslı təşkilatın təbiətin mühafizəsi üçün həyata keçirdiyi və planlaşdırdığı mühüm layihələrlə tanış olublar. Onlar, həmçinin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri E.Əsgərovla da görüşüb, dövlət və QHT-lər tərəfindən bu istiqamətdə həyata keçirilən işlərlə bağlı məlumatlar alıblar.
Xarici mütəxəssislər bir müddət əvvəl monitorinq zamanı Qafqaz bəbirinin müasir “fototələ” qurğusu vasitəsilə rəsminin çəkildiyi Hirkan Milli Parkında da olacaqlar. Qeyd edək ki, bu qoruqda rast gəlinən bəbir yarımnövü əvvəllər Şimali Qafqazdan Qırmızı dənizədək və Bosfordan Pakistana qədər uzanan areallarda yaşasa da, sonradan - XX əsrdə nəsli xeyli dərəcədə tükənib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58

