İlk milli xəbər agentliyi olan AzərTAc-ın yaranmasından 94 il ötür
04.03.2014 [09:44]
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) yaranmasından 94 il ötür.
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi - AzərTAc mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.
AzərTAc bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 6 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman və ərəb dillərində operativ informasiyalar yayır. Buraya ayda 15 mindən artıq xəbər, 50 mindən çox foto, 200-dən artıq videoxəbər, 20-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AzərTAc-ın informasiyalarından istifadə edir.
Dünya informasiya məkanında özünəməxsus yer və mövqe tutan AzərTAc 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderlik AzərTAc-a məxsusdur.
2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan AzərTAc, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AzərTAc hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.
AzərTAc 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələr imzalanması istiqamətində işlər gedir.
2008-ci ilin sentyabrında AzərTAc OANA-nın İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına ev sahibliyi etmişdi. İlk dəfə olaraq, 20-dən çox ölkənin informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına toplaşmışdı. Bilavasitə AzərTAc-ın təşəbbüsü ilə OANA-nın və EANA-nın rəhbərliyi ilk dəfə bu iclasda bir araya gəlmişdi.
2013-cü ilin sentyabr ayında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc-ın Baş direktoru qurumun vitse-prezidenti və dalbadal üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AzərTAc-ın sədrliyi barədə qərar qəbul olunub.
Ötən il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, Associated Press, Reuters, Frans Press, EFE, SKY News Arabia, Los-Angeles Times, Guardian, BBC kimi aparıcı media nəhənglərinin, məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən Xəbər Agentliklərinin IV Konqresində AzərTAc daha bir uğura imza atıb. Konqresdə qəbul edilən qərara əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik AzərTAc-a keçəcək.
Müasir dövrün çağırışlarına cavab olaraq son illər AzərTAc-da mühüm struktur islahatları həyata keçirilib, agentlikdə multimedia və videoxəbər, sosial şəbəkələrlə iş şöbələri, uşaq bilik portalı yaradılıb. Həmçinin agentliyin Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə Azərbaycan, ingilis və fransız dillərində profilləri fəaliyyət göstərir. O, sosial şəbəkələrdə öz informasiyaları, video-foto materialları ilə 100 minlik auditoriya toplamışdır. SocialBakers analitik təşkilatın reytinqində agentliyin Facebook səhifəsi dinamik artan profil kimi qeyd olunub.
Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc-ın perspektivləri də cəlbedicidir. Hazırda agentlik üçün orijinal layihə əsasında müasir tələblərə uyğun, ən son texnoloji avadanlıqla təchiz edilməsi nəzərdə tutulan yeni bina inşa olunur. Tezliklə AzərTAc fəaliyyətini bu binada davam etdirəcək, yeni hədəflərə doğru daha qətiyyətlə irəliləyəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

