Siyavuş Novruzov: Söylədiyim bütün fikirləri faktlar əsasında demişəm
07.03.2014 [09:24]
“Belə bir misal var, deyir, bunlar Roma Papasından artıq kotolik olublar. İndi də amerikalıdan artıq amerikalı olublar”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifət düşərgəsinin ABŞ Dövlət Departamentinin yaydığı qərəzli hesabatı öz adlarına çıxmaqlarına münasibət bildirərkən deyib.
“Bunlar hələ öz qərargahlarından, necə deyərlər, Biləcəridən o yana keçə bilmədikləri üçün dünyada baş verən prosesləri bilmirlər”, deyə qeyd edən YAP İcra katibinin müavini bildirib ki, radikal müxalifət təmsilçilərinin iddiaları əsassızdır: “Mən eyni zamanda NATO Parlament Assambleyasının üzvüyəm. Assambleyanın hər məruzəsində Əfqanıstanda baş verən hadisələrlə və digər məsələlərlə bağlı müzakirələr olur. Parlamentdə vaxt azlığından deyə bilmədiyim fikrimi bu gün demək istəyirəm. Azərbaycan ordusunda əsgər ölümü ilə bağlı bir sıra məsələlər ortaya atılır. Amma Əfqanıstanda elə gün olur ki, 20 amerikalı əsgər intihar edir. İntihar edən amerikalı əsgərlər 18 yaşında deyillər. Onlar müqavilə əsasında xidmət edən 30-35 yaş arasında olan insanlardır. Həmin əsgərlər arasında cinayət tərədərək həbs olunanlar da var”.
Siyavuş Novruzov Əfqanıstanda narkotik dövriyyəsinin artdığını da söyləyərək, qeyd edib ki, bəzi media təmsilçiləri fikirləri yanlış anlayıblar: “Yəni qanunsuz narkotik ticarəti 65 faiz deyil, 40 dəfə artıb. Bunu belə əlaqələndirmək olar ki, Amerika ordusu ora daxil olandan sonra bu hallar çoxalıb. Hətta məruzə də edirlər ki, biz bunun qarşısını ala bilmirik. Bunun üçün Əfqanıstanda xüsusi zavodlar tikilsin ki, həmin narkotik maddələr dərman preparatları şəklində istehsal olunsun”.
Millət vəkili radikal düşərgə təmsilçilərinin bütün məsələlərdən xəbərsiz olduqlarını da deyib və bildirib ki, qışqırıb-bağıraraq nəyisə həll etmək olmaz: “Müxalifət dünyagörüşünə görə 90-cı illərin səviyyəsindən yuxarı qalxa bilməyib. Meydanda üç dəfə qışqırıb, beş dəfə bağırmaqla elə bilirlər ki, dünya onların düşündüyü kimidir. Söylədiyim bütün fikirləri faktlar əsasında dediyim üçün Amerika tərəfi buna heç bir reaksiya verə bilməz”.
Xəbər lenti
Hamısına baxGündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23

