Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qarşıdakı dövrün əsas hədəfləri

Qarşıdakı dövrün əsas hədəfləri

06.10.2026 [14:25]

   Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə kimi yadda qaldı. Qurultay ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni mərhələdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda etdiyi çıxış ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin geniş mənzərəsini ortaya qoydu.

   Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolunu xüsusi vurğuladı. Qeyd edildi ki, partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, Cənubi Qafqazın da aparıcı siyasi təşkilatlarından biridir. Azərbaycanın son illərdə keçdiyi uğurlu və şərəfli inkişaf yolunda partiyanın fəallarının və üzvlərinin mühüm xidmətləri vardır. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi bir dövrə təsadüf edirdi. 1990-cı illərin əvvəllərində ölkədə siyasi qeyri-sabitlik, idarəçilik böhranı, xaos və qarşıdurma hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü ciddi təhdidlərlə üzləşirdi.

  Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın müasir inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Taktiki və müəyyən strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilsə də, əsas siyasi xətt dəyişməz olaraq qalır.

   2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni mərhələdə uğurla davam etdirildi. Ölkənin iqtisadi potensialı gücləndirildi, ordu quruculuğuna böyük diqqət göstərildi, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirildi. Nəticədə qarşıya qoyulan ən mühüm strateji məqsədlərdən biri – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təmin edildi. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsidir.

    Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq qarşıda duran əsas vəzifələrdən biri əldə olunmuş Zəfərin nəticələrinin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsidir. Azərbaycanın əldə etdiyi uğurların davamlı olması üçün dövlətin hərbi və təhlükəsizlik imkanlarının daim gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında da hərbi gücün artırılması qarşıda duran əsas vəzifələrdən biri kimi qeyd edildi.

   Azərbaycan hər zaman mümkün təxribatlara və təhlükələrə qarşı hazır olmalıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsi yalnız hərbi imkanlarla məhdudlaşmır. Müasir dövrdə ideoloji, informasiya və kiber təhlükələr də milli təhlükəsizliyin mühüm elementlərinə çevrilib. İdeoloji təxribatlara qarşı mübarizədə ən mühüm vasitələrdən biri savadlı və düşünən cəmiyyət formalaşdırmaqdır. Təhsilli, bilikli və dünyagörüşlü insan yalan məlumatlara, şayiələrə və müxtəlif təxribatlara daha çətin şəkildə aldanır. İdeoloji iş müasir dövrün tələblərinə uyğun qurulmalı, formal və şablon yanaşmalardan uzaqlaşılmalı, yeni kommunikasiya imkanlarından səmərəli istifadə edilməlidir. Xüsusilə gənclərlə iş, sosial media və rəqəmsal informasiya mühiti bu fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır.

   Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı dövr üçün əsas inkişaf istiqamətlərini də müəyyənləşdirir. Bunların sırasında dövlət müstəqilliyinin və suverenliyin daha da möhkəmləndirilməsi, hərbi potensialın artırılması, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi,   Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi və ideoloji təhlükəsizliyin təmin edilməsi xüsusi yer tutur.Bu vəzifələrin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin fəallığı mühüm əhəmiyyət daşıyır. Partiyanın çoxsaylı üzvləri və fəalları cəmiyyətlə dövlət arasında sağlam kommunikasiya qurulmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və dövlət siyasətinin ictimaiyyətə düzgün çatdırılmasına öz töhfələrini verməlidirlər.

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan qarşıdakı dövrdə daha böyük inkişaf və quruculuq hədəflərinə doğru inamla irəliləyir.

   Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirilən fikirlər Azərbaycanın keçmişdən gələcəyə uzanan inkişaf yolunun əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu yolun təməlində milli dövlətçilik, müstəqillik, xalq-iqtidar birliyi, güclü iqtisadiyyat, qüdrətli ordu, fəal xarici siyasət və milli maraqların qətiyyətlə müdafiəsi dayanır.

   Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr, yeni imkanlar və yeni hədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi potensialın artırılması, sosial rifahın yüksəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi bu mərhələnin başlıca istiqamətləridir.

   Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşıda duran tarixi vəzifələrin icrasında partiyanın bütün üzvləri və fəalları fəal iştirak etməli, Azərbaycanın inkişafına və dövlətçiliyimizin daha da möhkəmlənməsinə öz layiqli töhfələrini verməlidirlər.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi 

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31