Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq

Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq

06.10.2026 [13:07]

“Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə oldu. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi,  ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Bu fakt nə qdər böyük inkişaf yolu keçdiyimizi, şanlı zəfərlər qazandığımızı təsdiqləyir”. Bu fikirləri yeniazerbaycan.com saytına Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev VIII qurultaydakı çıxışında YAP-ın yaranmasının zəruriliyinə diqqət çəkərək bunu Ulu Öndər Heydər Əliyevə xalqın dərin inamı ilə əlaqələndirib. Çünki müstəqilliyimiz ilk illərində hakimiyyətdə olan qüvvələr, xüsusilə AXC-Müsavat cütlüyü Azərbaycanı məhvə doğru sürükləyirdi. Daxili ictimai-siyasi, iqtisadi böhranla yanaşı Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yarandı. Xalqımız o dövrdə çətinliklərdən xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi, Ulu Öndər də xalqın səsinə səs verərək Azərbaycanı təhlükələrdən xilas etmək  məsuliyyətini öz üzərinə götürdü. Müxalifət partiyası kimi yaranan YAP da cəmi altı ay sonra iqtidar partiyasına çevrildi. Xalqımız hələ sovetlər dövründə Heydər Əliyevin  böyük xidmətlərini unutmamışdı və bilirdi ki, o, hakimiyyətdə olsaydı, heç bir qüvvə Azərbaycana qarşı çıxış edə bilməz, Ermənistan bizə qarşı ərazi iddiaları irəli sürməyə cəsarət etməzdi. Ulu Öndər növbəti dəfə xalqın etimadını doğruldaraq xalqı bütün təhlükələrdən xilas etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanı inkişaf yoiluna çıxardı, ölkəmizi dünyaya tanıtdı. O cümlədən, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını şərtləndirdi. Ona görə də, Prezident İlham Əliyev çıxışında şanlı Zəfərimizin əsasının YAP-ın yaranması ilə qoyulduğunu vurğulayıb. Dövlətimizin başçısı Zəfərə gedən yolla bağlı fikirlərini bölüşüb, hazırda Ermənistanla sülh şəratində yaşadığımızı bəyan edib. Bütün bu nailiyyətlər isə öz gücümüzə əldə edilib.  

“Cənab İlham Əliyevin dediyi kimi, partiyamız Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir. Bütövlükdə, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə oldu. Hesab edirəm ki, Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq. Düşünürəm ki, partiya üzvləri olaraq ən əsas vəzifəmiz isə cənab Prezidentin tövsiyə və tapşırıqlarına yüksək səviyyədə əməl etməkdir” – deyə, Samir Vəliyev vurğulayıb.

N.Bayramlı

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31