Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

08.10.2026 [16:18]

İran və Oman Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlərlə bağlı əldə etdikləri razılaşma barədə yaxın vaxtlarda səlahiyyətli beynəlxalq qurumu məlumatlandıracaqlar.

AZƏRTAC xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran və Maskat arasında aparılan məsləhətləşmələr uğurla nəticələnib və tərəflər Hörmüz boğazında təhlükəsiz dəhlizlərin coğrafi koordinatları ilə bağlı razılığa gəliblər.

İsmayıl Bəqai qeyd edib ki, tərəflər məsələ ilə bağlı səlahiyyətli beynəlxalq qurumun məlumatlandırılması qaydası barədə də qarşılıqlı anlaşma əldə ediblər. Müvafiq addımın yaxın vaxtlarda atılacağı gözlənilir.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31