/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb
03.06.2014 [09:31]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Azərbaycana səfəri zamanı ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandığını deyən kardinal Can-Franko Ravazi bunun Azərbaycan xalqına xas ənənə olduğunu qeyd edib. Kardinal ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə onu “Dostluq” ordeni ilə təltif etməsini məmnunluqla xatırladıb. Vatikan ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə və Müqəddəs Roma katakombalarının bərpasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Can-Franko Ravazi Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Azərbaycanın birinci xanımı səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Kardinal Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırıb və onu yenidən ölkəmizə səfərə dəvət edib.
Birgə layihələrin uğurla reallaşdırıldığını bildirən Heydər Əliyev Fondunun prezidenti ümumilikdə Fondun dünyanın müxtəlif ölkələrində ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpası işinə töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələr də həyata keçirilə bilər. Bu istiqamətdə Vatikan ilə əməkdaşlıq davam edəcək.
Sonra görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

