Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Leyla Yunusova NATO-nun tədbirində qohumları olan ermənilərlə bir sırada oturdu

Leyla Yunusova NATO-nun tədbirində qohumları olan ermənilərlə bir sırada oturdu

18.06.2014 [09:54]

Erməni əsilli “QHT-şnik” yenə də körpələri qətlə yetirən, Xocalını yerlə-yeksan edən terrorçu erməniləri müdafiə etməklə məşğuldur
Son dövrlərdə Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu xarici siyasət kursu istər dünyadakı erməni lobbisini, istər təcavüzkar Ermənistanı, istərsə də adını “radikal müxalifət” qoyan “5-ci kolon”un nümayəndələrini əməlli-başlı narahat etməyə başlayıb. Bu səbəbdəndir ki, “siyasi partiya” və ya “vətəndaş cəmiyyəti” pərdəsi altında gizlənən bu ermənipərəst qüvvələr son dövrlərdə özlərini tam şəkildə ifşa edir, təcavüzkar düşmənin “havasına oynadıqlarını” bariz şəkildə nümayiş etdirirlər.
Bakıda keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın istər psixoloji, istərsə də hüquqi-diplomatik müstəvidə üstün durumda olması açıq şəkildə növbəti dəfə nümayiş etdirildi. Azərbaycan nümayəndə heyətinin hüquqi çərçivədə Ermənistanın təcavüzkarlığını növbəti dəfə dünyaya nümayiş etdirməsi, o cümlədən, beynəlxalq aləmin Azərbaycana qarşı ikili standartlarla yanaşması məsələsini qəti şəkildə səsləndirməsi deyəsən “ermənipərəstləri” təşvişə salıb. Məhz bu səbəbdəndir ki, Azərbaycanın haqlı, qətiyyətli mövqeyi ilə barışmayan ermənipərəst Leyla Yunusova yenidən öz kimliyini hər kəsə nümayiş etdirdi.
Hər zaman ermənilərin “çömçəsi” rolunu oynamağı özünə fəxr sayan bu şəxs bir daha “ermənilərin vəkilliyini” öz öhdəsinə götürdü. Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasına başlayan bu şəxs, hətta Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici nümayəndələrin də üzərinə “hücuma” keçib. Ermənilərlə işbirliyində olduğunu aşkar şəkildə “bəyan edən” L.Yunusova, hətta hazırda istintaqı davam edən R.Mirqədirovun məsələsindən də siyasi şou düzəltməyə çalışıb.
Bununla “kifayətlənməyən” ermənipərəst Yunusova öz ampluasına sadiq qalaraq Azərbaycan dövlətinə qarşı əsl “erməni yanaşması” nümayiş etdirib. Hətta Azərbaycanda ermənilərin əleyhinə “pik” təbliğat aparıldığını iddia edən L.Yunusova deyib ki, bu, guya, münaqişənin sülh yolu ilə tənzimlənməsinə “mane olur”.
Erməni Arşelyus Barseqyanın gəlini Leyla Yunusovanın bu cür davranışı onun həqiqətən də Azərbaycan dövlətçiliyinə və xalqına qarşı hansı düşmən münasibətdə olduğunu ortaya çıxarır. Birincisi, torpaqlarımızın 20 faizini işğal edən, 20 ildən artıq bir müddətdə bu işğalı davam etdirən, bir milyona yaxın soydaşımızı öz dədə-baba yurdundan qovan, didərgin salan, Xocalıda əsrin ən böyük qətliamlarından birini həyata keçirən, Ağdabanda soyqırımı törədən, yüzlərlə körpənin qətlini həyata keçirən ermənilərə qarşı hansı təbliğat aparılmalıdır? Bəlkə, L.Yunusova kimi erməni kəşfiyyatının ən tanınmış simaları ilə “şərikli” layihələrə imza atılmalıdır? Göründüyü kimi, erməni əsilli Arif Barseqyan-Yunusovun həyat yoldaşı olan L.Yunusova öz qohumlarının-ermənilərin tərəfindən çıxış edir. Tədbirdə öz şər-böhtanlarını rəqəmləşdirərək “kitabça” halına salıb ermənilərə paylayan L.Yunusova qohumlarına daha bir xidmətdə “bulunmuş” oldu. Belə ki, Azərbaycana qarşı heç bir koturarqument qura bilməyən, yalnız müəyyən təxribatlarla yadda qalan erməni deputatları öz məzmunsuz çıxışlarında L.Yunusovanın “kitabında” qeyd olunan yalanlardan, böhtanlardan istifadə etdilər.
L.Yunusovanın NATO tədbirində yerini dəyişərək erməni deputat Tevan Poqosyanla yanaşı oturması da təsadüfi deyildi. Leyla Yunusova bununla əsl mənsubiyyətini bir daha hər kəsə göstərdi və nümayiş etdirdi ki, hər zaman ermənilərlə eyni cərgədədir.
1990-93-cü illərin Leyla Yunusovası yenidən “zühur edir”...
L.Yunusovanın NATO tədbirindəki “haray-həşiri”, Azərbaycanda “ermənilərə qarşı təbliğat aparılması” haqda ağzı köpüklənərək hay-qışqırıq salması onun 1990-cı ildəki obrazını yenidən gözlər önünə gətirir. Həmin vaxt Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən, torpaqlarımızın işğalına başlayan, azərbaycanlıları öz doğma yurdlarından qovan erməniləri məzlum xalq qismində təqdim etməyə çalışan, əksinə öz torpağını təcavüzdən qorumağa çalışan azərbaycanlıları isə, hətta cinayətkar qismində qələmə verən L.Yunusova yenidən eyni “licimdə” peyda olub. 1991-ci ildə Dağlıq Qarabağın şimalında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən “Həlqə” kod adlı əməliyyat nəticəsində erməni separatçılarını işğal etdikləri ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı quldurlarından və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail olunmuşdu. Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunusova, Arif Yunusov, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Bu adamlar haray-həşir salmışdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür. Bu adamlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini “ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə”yə cəlb etmək üçün əllərindən gələni etdilər. Qeyd olunur ki, Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunusov erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (indi Leyla Yunusovanın erməni şəriki olan bu qadın o zamanlar “Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanıb fəaliyyət göstərirdi) həqiqətdən uzaq, uydurma informasiyalar” göndərmişdi.
Leyla Yunusovanın erməni sevgisinin yeni “prelüdiyası”...
L.Yunusovanın erməni sevgisi özünü sonralar daha açıq şəkildə büruzə verməyə başladı. AXC-”Müsavat” qruplaşmasının hakimiyyəti dövründə Müdafiə Nazirliyinin analitik şöbəsinə rəhbərlik edən L.Yunusova burada da öz qohumlarını yaddan çıxarmamışdı. L.Yunusova Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. 1994-cü ildə Yunusovlar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərindən qovulduqdan sonra “hərbçi” Leyla Yunusova maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özünə təşkilat yaratdı.
Leyla Yunusovanın QHT oyunu
Bu gün Leyla Yunusovanın “vətəndaş cəmiyyəti” adı altında pərdələnmiş bu təşkilatı da ermənilərin məqsədlərinə xidmət göstərməkdədir. Sülh və Demokratiya İnstitutu adlanan QHT-nin və bu təşkilatın rəhbəri L.Yunusovanın yeganə məqsədi isə işğal edilmiş Qarabağın ermənilərin nəzarətində qalmasına nail olmaqdır. Xüsusi vurğulamaq lazımdır ki, L.Yunusovanın rəhbərlik etdiyi təşkilat hər zaman ermənilərlə şərikli layihələrə imza atıb. Ümumiyyətlə, KİV-lərdə yayılan məlumatlarda da göstərilir ki, Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilib. Bu təşkilat yaranan gündən orada Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya kimi “diplomatlar” tez-tez qonaq olublar.
Arif Barseqyan-Yunusov ermənilərin ən “mühüm” informasiya mənbəyi rolunda
L.Yunusovanın həyat yoldaşı, erməni Arşalyus Barseqyanın oğlu Arif Barseqyan-Yunusov da xəyanətdə öz həyat yoldaşından geri qalmayıb. 1988-93-cü illərdə, hətta Azərbaycan hakimiyyətində təmsil olunan şəxs qismində qohumları olan ermənilərlə gizlin görüşlər keçirən A.Yunusov bu tip əməllərinə sonralar da davam edib. Belə ki, erməni əsilli Yunusov 2000-ci ilin oktyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlayıb. Onlar Bakıda “xalq diplomatiyası” formatı çərçivəsində keçirilən konfransda tanış olmuşdular. Xatırlatmaq lazımdır ki, Janna Krikorova Qarabağ müharibəsi zamanı hərbi qulluqçu olub, erməni “özünümüdafiə dəstələri”ndə feldşer kimi xidmət edib. Müharibə bitəndən sonra isə o, qondarma “DQR” “prezidenti”nin mətbuat xidmətinə rəhbərlik edib. A.Yunusovun digər “tərəfdaşlarına” gəldikdə isə, onların arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri, Yunusovlar ailəsinin əziz dostu David Şahnazaryan, Migen Xaçaturyan, “Daşnaksütyun” partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan və digərləri olub. Bir sözlə, Arif Yunusov Ermənistanda və Dağlıq Qarabağda keçirilən “sülhyaradıcı” konfrans və seminarların həmişə əziz qonağı və iştirakçısı olub...
Leyla Yunusova özünü növbəti dəfə ifşa etdi...
Göründüyü kimi, ömrü boyu erməni şələsi daşımış Leyla-Arif Yunusovlar artıq özləri də bilirlər ki, ifşa olunublar. Azərbaycan xalqı bu ailənin kimliyini, hansı mənbələrdən qidalandığını və hansı məqsədlərin nökərinə çevrildiyini yaxşı bilir. Sadəcə, L.Yunusova yenidən erməni lobbisinə yarınmaqla öz qohumlarına sonuncu xidməti göstərməyə çalışır. Amma onun bütün səyləri əbəsdir. Çünki Yunusovlar da ermənilər kimi bu döyüşü artıq uduzublar...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31