Mübariz Qurbanlı: Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir
20.06.2014 [09:17]
“Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir”. “Xəbərservis”in məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı Rouz-Rout seminarında Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təşkilatdan çıxarılması təklifinə münasibətini bildirərkən qeyd edib. “Nəzərə alaq ki, NATO Parlament Assambleyası, eləcə də, AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır?”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir.
M.Qurbanlı hesab edir ki, NATO Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir.
“Doğrudur, bu gün beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin sülh yolu ilə həllinə, tərəflər arasında etimad mühitinin yaradılmasına və s. ümumi formada çağırışlar edir. Təbii ki, Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir”,-deyən millət vəkilinin fikrincə, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu səbəbdən də, işğalçını beynəlxalq ictimaiyyət cəzalandırmalıdır ki, sülhə gəlməyə məcbur olsun.
“Qeyd etdiyim kimi, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıdır və buna görə də, danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu ilə həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır”, - deyə M.Qurbanlı əlavə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

