/ / Leyla Yunusova-Barseqyanı “müdafiə kampaniyası” erməni lobbisinin öz xidmətçilərinə xüsusi rəğbətindən irəli gəlir
Leyla Yunusova-Barseqyanı “müdafiə kampaniyası” erməni lobbisinin öz xidmətçilərinə xüsusi rəğbətindən irəli gəlir
07.08.2014 [09:47]
Barseqyanların “şəriklərinin” hay-küyü bu ailənin anti-azərbaycançı fəaliyyətin önündə yer aldığını növbəti dəfə təsdiqləyir
“Vətəndaş cəmiyyəti” pərdəsi altında gizlənərək ermənilərə xidmətçilik göstərən Leyla Yunusova-Barseqyan işğalçı Ermənistanın istər xüsusi xidmət orqanları, istərsə də erməni “hüquq müdafiəçiləri” arasında böyük hüsn-rəğbətə malikdir. Bu da əbəs yerə deyil. Həyatının bütün dönəmlərində ermənilərə xidmət edən, Azərbaycan dövlətinə, dövlətçiliyinə, o cümlədən, xalqımıza qarşı patoloji nifrətini gizlətməyən, ermənilərlə “genetik” bağlılığını hər zaman vurğulayan Leyla Yunusova-Barseqyanın fəaliyyətinin hər bir ştrixində erməni lobbisinin əmrlərini yerinə yetirməsi aşkar şəkildə görünür. Məsələn, hələ 1990-cı illərin əvvəlində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığı, soydaşlarımızı öz yurd-yuvalarından didərgin saldığı zamanlarda bu erməni əsilli “hüquq müdafiəçisi” xarici ölkələrdə Azərbaycana qarşı kampaniya aparır, guya azərbaycanlıların ermənilərə qarşı “vəhşiliklər” törətdiyini iddia edirdi. 1992-ci ildə AXC-“Müsavat” qruplaşmasının hakimiyyəti zəbt etməsindən sonra “hakimiyyət olimpində” təmsil olunmaq şansı əldə edən barseqyanlar, o cümlədən, bu ailənin gəlini Leyla Yunusova-Barseqyan öz xəyanətkar addımlarını davam etdirməyə, hətta bu xəyanətlərin miqyasını genişləndirməyə başladı. Sonradan “QHT” pərdəsi altında ermənilərə xidmətini davam etdirən L.Yunusova-Barseqyan zaman-zaman erməni lobbisi tərəfindən “mükafatlandırıldı”.
Elə bu xidmətlərinin nəticəsidir ki, bu gün ermənilər L.Yunusova-Barseqyanı müdafiə etmək üçün sıraya düzülüblər. Onlar hesab edirlər ki, barseqyanların gəlini azad edilənə qədər ermənilər azərbaycanlılara güllə atmalıdırlar. Məsələn, blogger Aram Davidyan cəbhə xəttindəki təxribatları “Artsaxın azadlığı üçün çox iş görən” Leyla Yunusova-Barseqyana görə “qisas” adlandırıb.
Blogger Sərkis Xaçatryan isə damarlarından erməni qanı axan Leyla Yunusovanın erməniləri “Azərbaycan hakimiyyətindən xilas etmək üçün əlindən gələn hər şeyi etdiyini” yazır. Həmçinin, digər bloggerlər də Yunusovanı “qəhrəman erməni qadını və sülh və barış uğrunda mübariz” kimi qələmə verməyə çalışırlar.
Qeyd edək ki, Leyla Yunusova-Barseqyan Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Ermənistandakı bir sıra qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında, əslində isə maddi maraq zəminində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və başqalarını da bu işə cəlb edib. Onun istər şahnazaryanlarla, istər baqdasaryanlarla, istərsə də, digər ermənilərlə birləşərək anti-azərbaycançı fəaliyyət aparması ortadadır. Çünki Yunusova-Barseqyan illərdir ki, Azərbaycanın bütün uğurlarına qarşı ermənilərlə birləşərək mübarizə aparıb.
Görünən odur ki, L.Yunusova-Barseqyanın erməniliyi aşıb-daşır. Və o, unudur ki, Azərbaycan vətəndaşı olaraq konstitusiya ilə müəyyənləşdirilmiş vətəndaş məsuliyyətinə malikdir. Dövlətimizə, xalqımıza qarşı təxribatların önündə yer alan, üstəlik əlahiddə status tələb edən bu şəxs heç bir xəyanətin bağışlanmayacağını dərk etməlidir. Ona orden və medallar verənlər, ermənilərə xidmət göstərdiyi üçün mükafatlandıranlar indi ona kömək edə bilmirlər. Çünki artıq L.Yunusova-Barseqyanın bütün fəaliyyəti xalqa məlumdur.
Erməni Arşelyus Barseqyanın gəlini Leyla Yunusovanın ermənipərəst davranışları onun həqiqətən də Azərbaycan dövlətçiliyinə və xalqına qarşı hansı düşmən münasibətlə olduğunu ortaya çıxarır. Torpaqlarımızın 20 faizini işğal edən, 20 ildən artıq bir müddətdə bu işğalı davam etdirən, bir milyona yaxın soydaşımızı öz dədə-baba yurdundan qovan, didərgin salan, Xocalıda əsrin ən böyük qətliamlarından birini həyata keçirən, Ağdabanda soyqırımı törədən, yüzlərlə körpənin qətlini həyata keçirən ermənilərlə birləşib Azərbaycana qarşı təbliğat aparan, erməni kəşfiyyatının ən tanınmış simaları ilə “şərikli” layihələrə imza atan bu şəxs ölkəmizin əldə etdiyi, hətta mədəni uğurlara belə qısqanclıqla yanaşıb. İstər erməni mediasında, istərsə də ermənilərin sosial şəbəkələrdə Leyla Yunusova-Barseqyana dəstək kampaniyası özü-özlüyündə onun həqiqətən də Ermənistanın maraqları üçün çalışdığını sübuta yetirir. Amma qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin vətəndaşlığını daşıyan hər bir kəs dövlət maraqlarımızın əleyhinə fəaliyyət göstərdiyi, ölkə qanunlarını pozduğu halda hüquqi çərçivədə məsuliyyətə cəlb olunur.
Göründüyü kimi, ömrü boyu erməni şələsi daşımış Leyla-Arif Yunusov-barseqyanlar artıq özləri də bilirlər ki, ifşa olunublar. Azərbaycan xalqı bu ailənin kimliyini, hansı mənbələrdən qidalandığını və hansı məqsədlərə nökərçilik etdiklərini yaxşı bilir. Sadəcə, L.Yunusova-Barseqyanın qohumları və ağaları bu hay-küyü salmaqla öz xidmətçilərindən sonuncu dəfə bəhrələnmək niyyətindədirlər. Amma bütün səylər əbəsdir. Çünki Yunusov-barseqyanlar da ermənilər kimi bu döyüşü artıq uduzub...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

