/ / Bəzi beynəlxalq təşkilatlar və dövlətlər cəbhə xəttində baş verənlərə münasibətdə ənənəvi ikili yanaşmadan əl çəkmirlər
Bəzi beynəlxalq təşkilatlar və dövlətlər cəbhə xəttində baş verənlərə münasibətdə ənənəvi ikili yanaşmadan əl çəkmirlər
07.08.2014 [09:48]
Bu isə işğalçı Ermənistanın bölgədə təxribatları genişləndirməsinə stimul verir
Məlum olduğu kimi, son günlərdə Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyətin gərginləşməsi, toqquşmaların intensivləşməsi beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. Bu məsələyə münasibətdə ayrı-ayrı siyasi dairələrdən Ermənistanın hərbi təxribatlarına sərt reaksiyalar səsləndirilsə də, bütövlükdə, beynəlxalq hüququn yaradıcısı və təminatçısı rolunu yerinə yetirən aparıcı beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin məsələyə münasibəti səmimiyyətdən uzaq olub.
BMT VƏ AVROPA İTTİFAQI CƏBHƏ XƏTTİNDƏKİ TOQQUŞMALARA MÜNASİBƏTDƏ QEYRİ-SƏMİMİLİK NÜMAYİŞ ETDİRİR
Beləliklə, qoşunların təmas xəttində hər iki tərəfdən itkilərlə müşayiət olunan gərginliyin artmasına bir sıra aparıcı beynəlxalq təşkilatların verdiyi reaksiya konfliktli situasiyanın ədalətlə nizamlanmasına xidmət məqsədi daşımayan, ikili, qeyri-səmimi yanaşmaya bariz nümunədir. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistan hökumətlərinə ünvanladığı müraciətində tərəfləri atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Bəyanatda o da deyilib ki, Pan Gi Mun ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir.
Görəsən, Minsk qrupunun nəticəsiz “səyləri”ni dəstəkləyən Pan Gi Mun rəhbərlik etdiyi təşkilatın ən ali qurumu olan Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsini nə üçün unudur? Pan Gi Munun hər şeydən əvvəl, rəhbərlik etdiyi təşkilatın qətnamələrini dəstəkləməsi daha məntiqli addım olmazdımı? Bu məqamda, Baş katibin BMT TŞ-nin qətnamələrini “unutması” ilə həmin sənədləri illərdir ki, görməzdən gələn Ermənistanın yanaşması arasındakı uyğunluq da maraq doğurur. Bir halda ki, Baş katib rəhbərlik etdiyi təşkilatın qərar və qətnamələrinə sayğı ilə yanaşmırsa, həmin qurumun prinsipləri, çağırışlarını işğalçı və aqressor Ermənistanın qulaqardına vurması heç də təəccüblü görünməməlidir.
Cəbhə xəttindəki gərginliklə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun bəyanatında da hər iki tərəf atəşkəsə dərhal əməl etməyə, güc tətbiqindən və hədələrdən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırılır: “Avropa İttifaqı xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində səylərin fəallaşdırılmasında iştiraka, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə ATƏT-in Minsk qrupu ilə birlikdə töhfə verməyə hazırdır”.
Beləliklə, görünən odur ki, münaqişənin uzanmasının və eskalasiya təhlükəsinin artmasının həqiqi səbəbkarının adını çəkmədən Aİ-nin konfliktin nizamlanması prosesinə hər hansı töhfə verəcəyi və ya buna həqiqətən də, hazır olması şübhə doğurur.
Beynəlxalq hüququn mühüm keşikçiləri sayılan bu iki nəhəng təşkilatın ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi bu beynəlxalq qurumlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür.
CƏBHƏ XƏTTİNDƏ ARTAN GƏRGİNLİK HƏM DƏ MİNSK QRUPUNUN fəaliyyətinin SƏMƏRƏSİZLİYİNİN NƏTİCƏSİDİR
Xatırladaq ki, cəbhə xəttində gərginliyin artması ilə bağlı ABŞ, Fransa və Britaniya da daxil olmaqla ayrı-ayrı Qərb dövlətlərindən də “tərəfləri zorakılığa son qoymağa” çağıran bəyanatlar səsləndirildi. Hətta ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki cəbhə xəttində “zorakılığın davam etməsinin münaqişənin dinc yolla nizamlanmasını çətinləşdirəcəyi” ilə bağlı sanki xəbərdarlıq da edib. Cen Psaki ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın tərəflərə yardım etməyə hazır olduğunu ifadə edib.
Maraqlıdır ki, münaqişənin həllinə yardıma “hazır” olduqlarını desələr də, ABŞ başda olmaqla Qərb dairələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe real addımlardan məhrum, ikili standartlara söykənən, ədalətsiz və riyakar yanaşmadır.
Digər bir Minsk qrupu həmsədr ölkəsi olan Rusiya da tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulduğunu deyərək bu görüşlərdə ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmlənməsi və münaqişə risklərinin azaldılmasına Rusiyanın yardımının müzakirə olunacağını bildirib. Rusiya rəsmisinin bəyanatı bu ölkənin məsələ ilə bağlı nisbətən fəal mövqedən çıxış etməsi təəssüratını doğursa da, bu təşəbbüslər yalnız səmimi fəaliyyətlə dəstəkləndiyi təqdirdə müsbət nəticə verə bilər.
İstənilən halda, status-kvonun saxlanması, yəni Ermənistanın işğal siyasətini davam etdirməsi vəziyyətin hər an kəskinləşməsi ilə nəticələnə bilər. Aparıcı dövlətlərin işğalçı Ermənistanı cəbhədə törətdiyi təxribatlardan və yaşanan bütün gərginliklərin kökündə dayanan işğal siyasətindən əl çəkməyə çağırmaması təhlükəli status-kvonu qoruyub saxlamağa xidmət edir. Halbuki, status-kvonun qəbuledilməzliyi həmsədr ölkələrin prezidentlərinin imzaladıqları, eləcə də həmsədrlərin səsləndirdikləri bəyanatlarda dəfələrlə əksini tapıb. Mövcud vəziyyət isə iki fərqli istiqamətdə ədalətin müharibə yaxud da sülh yolu ilə bərpası istiqamətində dəyişə bilər. İndiki halda, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması və cəbhədəki təhrikedici addımları müharibə ehtimalını artırmaqdadır. Əgər aparıcı beynəlxalq qurumlar və təşkilatlar hadisələrin bu istiqamətdə irəliləməsinin qarşısını almaq istəyirlərsə, o zaman Ermənistanı ədalətli sülhə dəvət edərək üzərlərinə götürdükləri missiyanı ləyaqətlə yerinə yetirməlidirlər.
ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQ SİSTEMİNİN BÖHRANINDAN YARANAN CƏZASIZLIQ MÜHİTİNDƏN FAYDALANIR
Qərbin ikili standartları beynəlxalq hüququn tətbiqi, münaqişələrin həlli məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Belə ki, müxtəlif dövrlərdə Serbiyaya, Rusiyaya, bir sıra müsəlman ölkələrinə ciddi sanksiyalar tətbiq edən ABŞ və digər siyasi mərkəzlər Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir tədbir görmürlər.
Sirr deyil ki, BMT, Avropa İttifaqı kimi aparıcı təşkilatlar bir çox hallarda müəyyən siyasi dairələrin, imperialist mərkəzlərin maraqlarına uyğun idarə olunur. Bu səbəbdən də, həmin qurumların fəaliyyəti çox zaman tabe olduqları mərkəzlərdən idarə olunaraq ayrı-ayrı milli dövlətlərə təzyiq xarakteri daşıyır. Həmin mərkəzlərin maraqları tələb etdikdə beynəlxalq hüquq “yada düşür”, təşkilatların qəbul etdiyi qətnamələr dərhal yerinə yetirilir, belə olmadıqda isə təcavüzkar, cinayətkar tərəf nəinki cəzadan kənarda qalır, hətta müxtəlif formalarda dəstəklənir.
Bu gün Ermənistan da məhz beynəlxalq hüquq sisteminin böhranının nəticəsi olan belə bir cəzasızlıq mühitindən faydalanır. Son günlərin hadisələrinin bir daha göstərdiyi kimi, cəzasızlıq mühitində Ermənistan yeni işğalçılıq iddialarını reallaşdırmaqdan, 1994-cü ildə əldə olunmuş atəşkəsi kobud şəkildə pozmaqdan, çoxsaylı insan tələfatına səbəb olan təxribatlardan belə çəkinmir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

