Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərə hər zaman xüsusi qayğı göstərir
23.08.2014 [10:05]
Avqustun 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar.
Sonra Fondun fəaliyyəti haqqında film nümayiş etdirilib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti, gördüyü mühüm işlər barədə danışıb. Əli Həsənov Fondun qaçqın və məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Fondun münaqişə ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Artıq bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Baş nazirin müavini Fondun prezidenti Mehriban Əliyevanın hər zaman məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, hər il Yeni il şənliklərində məcburi köçkün uşaqlarla görüşdüyünü, hər dərs ili ərəfəsində bu uşaqların çantalarla, dərs vəsaitləri ilə təmin olunduğunu söyləyib.
Qeyd edilib ki, Heydər Əliyev Fondu yarandığı gündən bu günədək məcburi köçkünlər tərəfindən Fonda 8500 müraciət olunub. Bu müraciətlərin hamısı öz müsbət həllini tapıb. Bəzi ağır xəstəliklərə düçar olmuş məcburi köçkünlərin xarici ölkələrdə Fond tərəfindən müalicəsi təmin olunub.
Əli Həsənov, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və xaricində çox böyük layihələr həyata keçirir, beynəlxalq tədbirlər təşkil edir. Eyni zamanda, beynəlxalq təşkilatların tədbirləri Fond tərəfindən ölkəmizdə və xaricdə uğurla təşkil olunur. Dünyanın bir sıra dövlətləri, beynəlxalq qurumlar Heydər Əliyev Fondunun bu fəaliyyətini yüksək qiymətləndirib, Fondun prezidentini ən yüksək mükafatlarla təltif ediblər. Bütün bu uğurların təməlində Mehriban Əliyevanın gərgin əməyi dayanır.
Diqqətə çatdırılıb ki, məhz Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda Muğam Mərkəzi açılıb, Qarabağ xanəndələrinin albomu hazırlanıb, muğam festivalları keçirilir, ayrı-ayrı ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir, xalqımızın adət-ənənələri, milli mətbəxi, musiqisi geniş təbliğ olunur.
Qeyd edilib ki, indiyə qədər keçirilmiş 4 muğam festivalında 1500 məcburi köçkün iştirak edib. Maraqlısı budur ki, birinci festivalda ilk üç yeri tutan ifaçıların hamısı məcburi köçkün olub. Bütün bunlar bir daha göstərir ki, muğamın mənbəyi də, mərkəzi də Qarabağdır. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan muğamı, xalçaları, Novruz bayramı, aşıq musiqisi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.
Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin təbliğində, təhsilin, səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidentinin xüsusi xidmətləri var.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxış edərək Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı beynəlxalq tədbirlərin həm ölkəmizdə, həm də xaricdə böyük rəğbətlə qarşılandığını vurğulayıb, bu işlərin gərgin zəhmət hesabına başa gəldiyini söyləyiblər.
Ağdam rayonundan məcburi köçkün, gənc muğam ifaçısı, muğam televiziya müsabiqəsinin “Qran-pri” mükafatçısı Mirpaşa Şükürov muğamımızın inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıq edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

