Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Binəqədi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirilib

Binəqədi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirilib

26.08.2014 [09:35]

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirib. Bu barədə qəzetimizə Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda deyilir ki, görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədrin müavini Siyavuş Heydərov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Nuridə Allahyarova, Yunis Hüseynov, həmçinin, Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi “Came” məscidinin axundu Şabala Əliməmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Binəqədi rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri, bir qrup rayon ağsaqqalı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cəmiyyətdə mənəviyyat sisteminin özəyini təşkil dini dəyərlərə dövlət qayğısından danışıb. İcra Hakimiyyətinin başçısı rayonda dini vəziyyətin də daim nəzarətdə saxlanıldığını bildirib. Natiq, həmçinin, yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, milli və dini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, eləcə də, din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Binəqədi rayonundakı dini vəziyyət barədə məlumat verib.
Sonra Şabala Əliməmmədov və Musa İbrahimov rayon dindarları adından çıxış edərək dini dəyərlərimizə göstərilən dövlət qayğısını minnətdarlıqla qeyd edib və buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqilliyin bərpasından sonra dini dəyərlərimizə qayıdışın baş verdiyini bildirib. Bu sahədə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan komitə sədri, eyni zamanda, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışıb.
Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran komitə sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib. O xatırladıb ki, Sovet dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün Azərbaycanda 2050 məscid mövcuddur. Hazırda isə Bakıda dünyanın ən möhtəşəm və ən böyük məscidlərindən biri tikilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, həmçinin, qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd edib. Dövlət Komitəsinin sədri dini icma nümayəndələrini maraqlandıran sualları da cavablandırıb.
Sonda Mübariz Qurbanlıya xatirə hədiyyəsi təqdim edilib.

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31