/ / Məlahət İbrahimqızı: Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır
Məlahət İbrahimqızı: Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır
20.11.2014 [10:03]
“Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və işğalçı ölkənin Azərbaycan torpaqlarında hərbi təlimlər keçirərək təxribatçı hərəkətlər etməsi beynəlxalq hüquq normalarının heçə sayılmasıdır. Bu qurumlar Azərbaycanın mülki vətəndaşlarının dəfələrlə erməni snayperləri tərəfindən vurulmasının şahidi olublar. Amma bu cür qanunsuzluqlara qarşı heç bir kəskin, adekvat reaksiya verilməyib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ifadə edib.
M.İbrahimqızı bildirib ki, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır. Onun sözlərinə görə, bu cür mövqe birmənalı şəkildə həm ikili standartların, həm də ikiüzlü siyasətin göstəricisidir.
“Məlum olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının müharibələr və onların gedişi ilə bağlı çoxsaylı sənədləri var. Bu sənədlərdə əks olunub ki, müharibə zamanı hərbi qulluqçuların - hərbçilərin həlak olması qanunauyğundur. Amma mülki şəxslərin həlak olması yolverilməz və qəbuledilməzdir. Əsas məqam budur ki, qoşunların təmas xəttində hərbçilərimiz tərəfindən vurulmuş Mi-24 döyüş helikopterindəki şəxslər Ermənistanın hərbi qulluqçularıdır və onlar təxribatçı, qeyri-qanuni hərəkətlərdən sonra adekvat cavab alıblar. Ermənistan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir, təxribatlara yol verir, Azərbaycan isə öz konstitusion hüququndan istifadə edərək təhlükəsizlik və ərazi bütövlüyü kontekstində düşmənə layiqli cavab verib” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

