Milli Məclis 2015-ci ilin büdcə zərfini qəbul edib
29.11.2014 [11:40]
Parlamentin iclasında bir sıra qanunlara da dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə, 2015-ci ilin büdcə zərfinin təsdiq olunması məsələsi müzakirəyə çıxarılıb. Maliyyə naziri Samir Şərifov büdcə layihəsində edilən dəyişikliklər haqqında məlumat verib. O qeyd edib ki, hökumət millət vəkillərinin gələn ilin büdcəsi ilə bağlı verdiyi təklifləri araşdırıb. Nazir qeyd edib ki, 2014- cü ilin dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bunun tam məbləğdə partiyalar arasında bölüşdürülməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə təqdim olunacaq: “Qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək əlavə 600 min manat artırılması təklifini hökumət qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürüdür”.
Bələdiyyələrə maliyyə yardımlarının artırılması təklifinə gəlincə, S.Şərifov qeyd edib ki, bir neçə il ərzində bələdiyyələrə ayrılan vəsaitin icrası qənaətbəxş deyil: “Maksimal icra 89 faiz təşkil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsidir. Hökumət hesab edir ki, bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq”.
Nazir deyib ki, hökumət Milli Məclisin xərclərini nəzərə alaraq, əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edir və parlamentin xərclər smetası artırılaraq 23 milyon 807 milyon manata çatdırılacaq. Onun sözlərinə görə, millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alınaraq bu məbləğin 8 milyon manat artırılması məqbul hesab olunub: “Artım baş verdikdə elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək”.
“Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsində 100 min manat artım nəzərdə tutulub”. Bunu isə fondun sədri Elman Mehdiyev Milli Məclisin dünən keçirilən iclasındakı çıxışı zamanı deyib. E.Mehdiyev bildirib ki, sanatoriya kurort yollayışlarında artım olub. Onun sözlərinə görə, sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu. “Bu, 2014-cü ilə nisbətən 2,2 faiz çox idi. Artım əsasən aşağıdakı kimi nəzərdə tutulub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb. Əvvəl 122,8 min manat nəzərdə tutulmuşdu. Bu vəsait DSMF-nin saxlanma xərclərinin azaldıması hesabına mümkün olub. Nəzərdə tutulan artımın 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı Azərbaycan Həmklarlar İttifaqının idman cəmiyyətlərinin inkişafına yönləndirilməsi, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub” - deyə, E.Mehdiyev qeyd edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov şəhid ailələri və Qarabağ əlillərinin sığorta haqlarının verilməsi məsələsini də hökumət üzvlərinin diqqətinə çatdırıb. Bu insanların müraciətini səsləndirən S.Novruzov həmin kateqoriyaya mənsub olan insanların məsələlərinin həllinin zəruriliyini vurğulayıb: “Azərbaycan hökuməti tərəfindən şəhid ailələrinə və Qarabağ əlillərinə böyük qayğı göstərilir. Öz növbəsində, Qarabağ əlilləri bu gün də deyir ki, yenə silaha sarılıb torpaqlarımızın müdafiəsinə hazırdılar. Onların hamısı Prezident İlham Əliyevin ətrafında birləşiblər. Yaxşı olar ki, onların bəzi problemlərinin həlli daha da sürətləndirilsin”.
Məsələ ilə bağlı Oqtay Əsədov bildirib ki, sığorta ilə əlaqədar müvafiq qanun qəbul olunub və bununla əlaqədar hökumətə müraciət edilib.
Çıxışlardan sonra millət vəkilləri büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarına səs verərək qəbul ediblər.
Daha sonra millət vəkilləri Mehriban Nadir qızı Alışanovanın növbəti dəfə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin olunmasına səs veriblər.
İclasda, həmçinin, Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib. Dəyişikliklər “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi barədə məlumat verən Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bildirib ki, Göynük və Nehəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə veriləcək. Beləliklə, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi mövcud qanuna əlavə edilən xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.
Bundan əlavə, iclasda Əmək Məcəlləsinə dəyişikliklər edilib. Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitin istifadə qaydası isə müvafiq orqan tərəfindən müəyyən ediləcək. Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.
Qanunvericiliyə dəyişikliyin edilməsində məqsəd müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılmasıdır.
İclasda, həmçinin, digər qanunlara da dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

