Azərbaycan və Çin hökumətləri arasında qrant sazişi imzalanıb
09.12.2014 [10:05]
Dekabrın 8-də Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Respublikası Hökumətinə 30 milyon Çin yuanı (təqribən 4,5 milyon ABŞ dolları) məbləğində növbəti qrant yardımı ayırması ilə bağlı saziş imzalanıb.
AzərTAc xəbər verir ki, saziş Azərbaycan-Çin dostluq münasibətlərinin və ölkələrimiz arasında texniki-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədini daşıyır.
Sazişi Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Honq Jiuyin imzalayıblar.
Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əlaqələrin genişləndiyini bildirən Baş nazirin müavini Abid Şərifov deyib ki, iqtisadi və mədəni əməkdaşlığımızın zəngin tarixi var. Qeyd edilib ki, indiyədək Azərbaycan və Çin hökumətləri arasında ümumi məbləği təqribən 41 milyon dollar olan 10 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Sazişlər çərçivəsində bir sıra layihələr həyata keçirilib. Onların arasında 2012-ci ildə Çin istehsalı olan 163 kommunal təyinatlı nəqliyyat vasitəsinin, 2014-cü ildə isə 155 yeni texnikanın ölkəmizə gətirilməsini qeyd etmək olar. Bundan başqa, Çin Xalq Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində azərbaycanlı həkimlər “Tibb işçilərinin ixtisasartırma seminarı” mövzusunda dörd aylıq proqramda iştirak ediblər, Azərbaycandan olan mütəxəssislər üçün Çində “Biyan kökünün yetişdirilməsi texnologiyası” mövzusunda təlim proqramı da həyata keçirilib.
Səfir Honq Jiuyin Azərbaycanın sürətlə inkişaf etdiyini, son illər ölkədə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyib. O, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artdığını vurğulayıb. Diplomat son illər ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da dərinləşdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

