Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Pakistanda beynəlxalq konfrans keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Pakistanda beynəlxalq konfrans keçirib

10.12.2014 [09:57]

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pakistan Strateji Tədqiqatlar İnstitutunun təşkilatçılığı, Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabadda “Dini tolerantlığın gücləndirilməsi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Komitədən AzərTAc-a verilən məlumata görə, İnstitutun sədri Xalid Mahmud çıxış edərək deyib ki, qardaş Azərbaycanın tolerantlıq təcrübəsinin öyrənilməsi baxımından bu konfrans böyük əhəmiyyət kəsb edir.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. Qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi, cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin anti-radikalizm siyasətinin əsas elementlərini təşkil edir.
Konfransın panellərində Pakistan Strateji Tədqiqatlar İnstitutunun baş direktoru Rasul Baxş Rəis, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi Aqil Şirinov, ekspertlər Muhammad İslam və İcaz Şəfi Ğilani, DQİDK-nın şöbə müdirləri Niyaz Yaqublu və Nicat Məmmədli çıxış ediblər.
Konfransda radikalizmi doğuran səbəblər, onunla mübarizədə hər iki ölkənin üzləşdiyi məsələlər müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın zəruriliyi vurğulanıb.
Konfransdan sonra iştirakçılara Azərbaycandakı məscidlərin fotolarından ibarət “Azərbaycan-İslam mədəniyyətinin incisi” sərgisi təqdim edilib.
G.İsmayılov ölkəmizdə fəaliyyət göstərən məscidlərin sayının 2000-dən çox olduğunu qeyd edərək onlara dövlət qayğısından danışıb. Sərgidə 40-dan çox məscid, o cümlədən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış məscidlərin fotoları nümayiş etdirilib.
Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayəndəliklərinin rəhbərləri, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31