Media qlobal dəyərlər kontekstində: informasiya vasitəsi, yoxsa “yumşaq güc”?
10.01.2015 [11:36]
Hazırda qloballaşan dünyada hər bir ölkənin öz milli informasiya cəmiyyəti formalaşmaqdadır. İndiki mərhələdə informasiya cəmiyyəti, bütövlükdə, ölkənin ictimai, siyasi, ideoloji, mədəni, intellektual paradiqmalarını formalaşdıran əsas kimi çıxış edir. Çünki bütün hallarda cəmiyyəti təşkil edən hər bir fərd onda olan informasiya əsasında fəaliyyət göstərir və ətraf mühitlə davranışlarını bu əsasda formalaşdırır. Nəzərə alsaq ki, modern informasiya cəmiyyətlərinin spesifik xüsusiyyətlərindən biri informasiya istehlakının həddindən artıq çox olması və informasiyanın fərdin sosial keyfiyyətlərini formalaşdırmasıdır, o zaman biz informasiyanın nə qədər əlahiddə bir vasitə olduğunu bir daha anlamış olarıq.
İnformasiya cəmiyyəti milli sərhədlərlə məhdudlaşmır. Çünki informasiyanın özü sərhədi inkar edir - qəbul etmir. Xüsusilə də, müasir mərhələdə çoxsaylı informasiya texnologiyalarının mövcud olması və informasiyanın ötürülmə mexanizminin, yollarının çoxluğu informasiya məkanını milli məkan kimi qorumağa imkan vermir. Çünki milli informasiya məkanı daim sürətli impulslar idxal edir. Yaxud transmilli media sosial şəbəkələr vasitəsilə milli informasiya məkanına mütəmadi olaraq müxtəlif təmayüllü və mahiyyətli informasiyalar ötürür. Belə olan halda, milli informasiya məkanı ilə qlobal informasiya məkanının sərhədləri qarışır. Əgər bu cür davam edərsə, bir müddət sonra, ümumiyyətlə, milli informasiya məkanından bəhs etmək mümkün olmayacaq.
Qlobal informasiya məkanı qlobal dəyərləri formalaşdıran vasitədir
Qloballaşma şəraitində bəhs etdiyimiz proseslər, o cümlədən, qlobal informasiya özünəməxsus dəyərlər formalaşdırır. Qeyd etdiyimiz kimi, əldə edilən informasiyalar fərdlərin davranışlarını, fərdlərin davranışları isə ictimai şüuru müəyyənləşdirir. İctimai şüur da öz növbəsində, ictimai dəyərləri yaradır. Bu şəraitdə istehlak edilən informasiya bilavasitə dəyərlərin formalaşmasına təsir edən vasitəyə çevrilir. Bu zaman qlobal dəyərlər meydana çıxır.
Bəs qlobal dəyərlər milli dəyərlərə necə təsir göstərir? Bu məsələyə müxtəlif kontekstlərdən yanaşmaq olar. Burada ya informasiya məkanında dəyərlərin toqquşmasından, ya da inteqrasiyasından danışılmalıdır. Ya milli informasiya məkanını qorumalıyıq, ya da onun qlobal informasiya məkanına inteqrasiyasını təmin etməliyik. Bunun üçünsə milli strategiya müəyyənləşdirmək lazımdır. Çünki dəqiq müəyyən edilməlidir ki, qəbul olunan hansı qərar perspektiv baxımından bizim milli maraqlarımıza cavab verir. Bunun üçün, ilk növbədə, qloballaşmanın mahiyyəti dərk edilməlidir.
Qlobal dəyərlər milli dəyərlərə qarşı
Qloballaşma faktiki olaraq milli dəyərləri, milli ideologiya və düşüncəni, milli iqtisadiyyatı sıradan çıxaran bir vasitədir. Qloballaşmanın paradiqmalarını müəyyənləşdirən Qərb nəzəriyyəçilərinin fikirləri ilə tanış olanda bu prosesin istismarçı mahiyyətini də dərk etmiş oluruq. Qloballaşma anlayışı XX əsrin sonlarında, daha doğrusu, 1983-cü ildə amerikalı nəzəriyyəçi T.Levit tərəfindən Amerika Birləşmiş Ştatlarında, ilk növbədə, iqtisadi termin kimi meydana çıxıb, sonradan siyasi terminə çevrilib. Sadəcə, iqtisadi termin kimi istifadə edilən zaman qloballaşmanın mahiyyəti iqtisadi inteqrasiyanı təmin etmək idi. Amma bəllidir ki, iqtisadi qloballaşma, əslində, tərəflərin ortaq maraqlarını gerçəkləşdirməyə yox, daha çox qazanc əldə etməyə xidmət edir. Belə olan halda, qloballaşmanı iqtisadi platformada da inteqrasiya vasitəsi kimi görməməliyik. Deməli, iqtisadi qloballaşma kapital yığımına yönəlmiş bir vasitədir. Bu şəraitdə dəyərlərin də ixrac edilməsi və milli informasiya cəmiyyəti tərəfindən qlobal informativ dəyərlərin mənimsənilməsi, nəticə etibarilə, milli iradə və mənəviyyatdan, iqtisadiyyatdan güzəşt edilməsinə gətirib çıxarır.
Milli informasiya məkanı milli iradə tərəfindən idarə olunmalıdır
Beləliklə, indiki mərhələdə məqbul vəzifə milli informasiya məkanını qorumaqdır. Əks təqdirdə, bu məkanda informasiyanın xaotik hərəkətinin şahidi olacağıq. Eynilə beynəlxalq münasibətlərdə olduğu kimi, “idarə edilən xaos” milli informasiya məkanını, informasiya resurslarını da idarə edəcək. Ən təhlükəlisi budur ki, milli informasiya məkanı yad qüvvələr tərəfindən idarə ediləcək. Belə olduqda, tək bir çıxış yolu qalır: milli informasiya məkanını qorumaqla qlobal informasiya məkanına inteqrasiya etmək. Bu, eyni zamanda, milli dövlətlərin informasiya cəmiyyətinin qloballaşma şəraitində əsas məqsədi olmalıdır.
Müasir mərhələdə medianın yeni statusu “yumşaq güc” kimi müəyyənləşməlidir
Biz milli media institutuna yeni baxış formalaşdırmalıyıq. Yəni, biz medianı artıq informasiya əldə edən və ötürən bir mexanizm kimi yox, milli təhlükəsizliyi təmin edən “yumşaq güc” kimi qəbul etməliyik. Çünki milli media məkanı xalqın və dövlətin təhlükəsizliyi baxımından mühüm önəm kəsb edir. Bu isə milli media üçün böyük vəzifələr və məsuliyyət yaradır.
Milli media ictimai məsuliyyətin daşıyıcısı kimi
Qeyd etmək lazımdır ki, hər bir ölkənin milli mediasını təşkil edən media mənsubları həmin cəmiyyətin yetirmələridir. Onlar öz davranışları, dünyada baş verən hadisələrə, qloballaşma prosesinə baxışları ilə fərdi yanaşmalarını ortaya qoyurlar. Əslində, onların intellektual tip olaraq fərdi psixologiya və yanaşmaları təmsil olunduqları medianın məsələlərə yanaşmasını müəyyənləşdirir. Bu mənada, Azərbaycan mediasının bəzi xüsusiyyətləri, dəyərləri var. Çünki Azərbaycan psixoloji tip təsnifatında Turan tipinə aiddir. Turan psixoloji tipinin səciyyəvi xüsusiyyətləri isə ondan ibarətdir ki, bu tip mühafizəkar, sabit və qoruyucudur. Amma sabitliyin yaradıcısı deyil. Turan psixoloji tipi ona hansısa modelin hazır təqdim olunmasını sevir. Əksər hallarda o modeli mənimsədikdən sonra qorumağa hazır olur. Bəzi hallarda isə özü yaradıcı tip olaraq ortaya çıxır. Bu tipin nümayəndələri, yəni bizlər indiki mərhələdə yaradıcı deyilik. Deməli, onda heç olmasa, əlimizdə olanı - milli dövlətimizi qorumalıyıq.
Qloballaşma şəraitində media milli təhlükəsizliyi qoruyan əsas ictimai institutlardan biridir
Beləliklə, Azərbaycan mediasının üzərinə düşən vəzifə ilk olaraq medianın “yumşaq güc” olduğunu qəbul etməkdir. Yəni, biz informasiya cəmiyyətini ideallaşdırıb, sadəcə, lazım olan və ya olmayan, milli dövlətçiliyimiz və dəyərlərimizə təhdid yaradan informasiyaları cəmiyyətə mexaniki olaraq ötürməməliyik. Məhz milli informasiya cəmiyyətimizin paradiqmaları, yuxarıda dediyimiz kimi, “yumşaq güc” fəlsəfəsinə söykənməlidir. Bu isə, bütövlükdə, medianın üzərində yeni məsuliyyət formalaşdıracaq. Beləliklə, “yumşaq güc” kimi çıxış edən media institutu bu məsuliyyəti və daşıdığı ictimai vəzifəni dərk edərək fəaliyyət göstərməklə həm milli informasiya məkanını, həm də milli dövləti qorumuş olacaq.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

