Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir
03.02.2015 [18:00]
Fevralın 2-də Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi (ATXƏM) Mətbuat Şurasının və Milli QHT Forumunun dəstəyi ilə “Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə Moldova ombudsmanı Aureliya Qriqoriu, rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Xocalı faciəsinin bəşər tarixinin qanlı səhifəsi olduğunu deyib. Ermənilərin hələ XX əsrin əvvəllərində məqsədlərinə nail olmaq üçün çoxsaylı qətliamlar törətdiyini bildirən Ə.Amaşov bu hadisələrin İkinci Dünya müharibəsi bitdikdən sonra daha böyük vüsət aldığını söyləyib: “Xocalı faciəsi isə həmin hadisələrin zirvəsində dayanır”. Ə.Amaşov bildirib ki, ölkəmizin qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Qeyd olunub ki, təşkilat hər il Strasburqda Xocalı faciəsi ilə bağlı yürüş keçirir. Bu il fevralın 25-də Avropa Parlamenti önündə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə mitinq keçiriləcək.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni azərbaycanlılara qarşı törədilən faciələrin xalqımızın qan yaddaşı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Ombudsman Aureliya Qriqoriu Xocalı faciəsini törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında mühakimə olunmasının vacibliyini qeyd edib. O, azərbaycanlılara qarşı törədilən bu soyqırımını bəşəri cinayət adlandırıb.
Ombudsman Bakıda törədilmiş 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar Moldovada keçirilən tədbirlərdə Xocalı soyqırımı haqqında da filmin nümayiş etdirildiyini diqqətə çatdırıb. O deyib ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrə biganə yanaşmamalıdır. Amma təəssüf ki, dünyada ikili standartlar hökm sürür.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov dünyada mövcud olan ikili standartlar siyasətindən bəhs edib, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün daha sistemli şəkildə fəaliyyət göstərməyin zəruriliyini vurğulayıb.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Məhsəti Əliyeva Azərbaycan dövlətinin Xocalı faciəsinin dünya birliyinə tanıdılması istiqamətində gördüyü işlərin konkret nəticələr verdiyini söyləyib. O, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının tanınmasını konkret uğur kimi dəyərləndirib. M.Əliyeva, eyni zamanda, Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin effektivliyini əsaslandırıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə azərbaycanlıların üzləşdikləri faciələr haqqında dünya birliyinin məlumatlandırılmasında medianın rolundan söz açıb. Bu rolun qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət müstəvisində daha da artırılmasının vacibliyini vurğulayan V.Rəhimzadə bildirib ki, mövcud istiqamətdə elektron informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən səmərəli istifadə son dərəcə önəmlidir.
Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli təmsil etdiyi qurumun Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasına yönələn fəaliyyətindən söz açıb.
Konfransın sonunda qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçilərinin Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladıqları bəyanat səsləndirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

