Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının təntənəli açılış mərasimi keçirilib
07.05.2015 [09:48]
Mayın 5-də Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının və Ümummilli liderin burada ucaldılan abidəsinin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov iştirak ediblər.
Mərasimə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can və digər tanınmış şəxslər də qatılıblar. Bundan başqa, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri mərasimdə iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himnlərimiz səsləndirilib.
Məlumat verilib ki, Bakının Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və Ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində Ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək qardaş Türkiyədən böyük nümayəndə heyəti Bakı şəhərində, eləcə də Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu öndərin abidəsinin ucaldılması qərara alınıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şövkət Can mərasimdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyanın tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyani Mustafa Kamal Atatürk, həmin əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla həyata keçiriblər. Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində Türkiyənin qüdrətini durmadan yüksəldən yeni bir güc mərkəzi yaradıb. Odur ki, qardaş ölkədə Ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər Əliyevin tarixi missiyası qarşısında mənəvi borcumuzdur.
Çıxışlarda əminliklə qeyd olunub ki, Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiram Onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu öndərin adını daşıyan parka gələn hər bir şəxs Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edəcək. Tədbirdə, həmçinin Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin və reallaşmaqda olan TANAP, TAP, Bakı-Tbilisi-Qars və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin əhəmiyyətindən danışılıb.
Rəsmi mərasimdən sonra Ulu öndər Heydər Əliyevin abidəsi üzərindəki örtük götürülüb. Abidənin önünə tər çiçəklər düzülüb.
Sonra Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər Heydər Əliyev Parkında ağac əkiblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü, Mersin vilayətinin valisi Özdemir Çabaçak və Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamazla ayrı-ayrılıqda görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deputat, yazıçı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu, Ulu öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr edilən “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabını Türkiyə rəsmilərinə hədiyyə edib. Bu kitab Heydər Əliyev Parkının açılış mərasiminin iştirakçılarına da paylanıb.
Açılışdan sonra Xətai rayon İcra Hakimiyyətinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı olub.
Konsert Mersinin yerli telekanalı olan “Kanal 33” tərəfindən canlı yayımlanıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

