A.Paşazadə: Ulu öndər müqəddəs Kəbə evində Allahdan millətimizi hifz etməsini diləyirdi...
13.05.2015 [10:00]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfransda Azərbaycan hökuməti və parlamentinin təmsilçiləri, dini konfessiyaların rəhbərləri, tanınmış elm, din və ictimaiyyət xadimləri iştirak ediblər.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyevi ali mənəviyyat sahibi kimi dəyərləndirib. Bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir: “Onun dövlətçilik, rəhbərlik qabiliyyəti dünya miqyasında hamıya məlumdur. Bu görkəmli şəxsiyyət həm də böyük mənəviyyat sahibi idi. Bu mənəviyyat onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub”.
Şeyxülislam A.Paşazadə Heydər Əliyevin qəlbən hər zaman imanlı insan olduğunu vurğulayaraq deyib: “Mən Onun necə imanlı olduğunun şəxsən şahidiyəm. Ulu öndərin Allah sevgisi, dinimizə müqəddəs yanaşması təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin O, bu sevgini həyatın bütün çətin dövrlərində hifz edərək, daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu”.
Daha sonra şeyxülislam A.Paşazadə Heydər Əliyev həzrətlərinin Məkkə ziyarəti ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evində Ulu öndər böyük ata kimi Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin, müstəqilliyimizin əbədi, həyatımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı.
QMİ sədri bildirib ki, sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı Onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməmişdi. Bu sevgi övladlarına da sirayət etmiş, onlar İslami dəyərlərə ehtiram ruhunda tərbiyə olunmuşlar.
Şeyxülislam A.Paşazadənin fikrincə, “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyev həzrətlərinin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. A.Paşazadə xüsusi vurğulayıb ki, Ulu öndər Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin rolu və fəaliyyətini hər zaman yüksək dəyərləndirirdi.
QMİ sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb, ölkəmizin mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm sahəsində öncül rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını rəğbətlə vurğulayıb.
Şeyxülislam A.Paşazadə məlumat verib ki, Azərbaycan məscidlərində cümə namazı xütbələrində, moizələrdə Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunub, ruhuna dualar oxunub.
Konfransda çıxış edən digər natiqlər də Ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Sonra Ulu öndər Heydər Əliyevin xatirəsinə böyük ehsan mərasimi təşkil edilib, ruhuna dualar oxunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

