/ / Siyavuş Novruzov: Müsavat Partiyasının sıralarında Arif Hacılının və İsa Qəmbərin qohum-əqrəbasından başqa heç kim qalmayıb
Siyavuş Novruzov: Müsavat Partiyasının sıralarında Arif Hacılının və İsa Qəmbərin qohum-əqrəbasından başqa heç kim qalmayıb
13.05.2015 [10:01]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov son günlər ərzində Müsavat Partiyasında baş verən istefalara, bir sıra üzvlərin partiyadan xaric edilməsinə münasibət bildirib.
S.Novruzov “Trend”-ə bildirib ki, bütün bunlar Müsavat Partiyasında keçirilən qeyri-qanuni, antidemokratik qurultayın nəticəsidir: “Seçkili orqanlara saxtakarlıqla seçilənlərə qarşı partiyanın digər üzvləri etiraz edirlər. Onlar haqlı olaraq ədalətli seçki keçirilməsini tələb edirlər. Müsavat Partiyasının rəhbərliyi isə bir qrup şəxsin əlində cəmləşib və monopoliyaya götürülüb, bunun başında İsa Qəmbər durur. Onun təşkil etdiyi bu saxta seçki nəticəsində “müsavat”çıların iradəsinə zidd olaraq Arif Hacılı partiya sədri edilib, yəni o seçilməyib, təyin edilib”.
Millət vəkili vurğulayıb ki, bu işlər Müsavat Partiyasının icra aparatı vasitəsilə saxtalaşdırılıb: “Aparatdakılar da hamısı ştatlı işçilərdir, onlar saxta yollarla regionlardan öz adamlarını qurultay nümayəndələri seçiblər və onlar da bu cür saxta seçki orqanları formalaşdırıblar. Bu tək bizim fikrimiz deyil, bu, “Müsavat”ın yaradıcıları olan çoxsaylı insanların fikridir ki, hamısı istefa verib gedib və yaxud da söz, fikir azadlığı pozulduğuna görə, azad fikir söylədiklərinə görə partiya sıralarından xaric ediliblər”.
S.Novruzov əlavə edib ki, Müsavat Partiyasının keçmiş rəhbərliyinin 90 faizi artıq partiya sıralarından uzaqlaşdırılıb: “Yeni təyin olunanların bir çoxunun, ümumiyyətlə, “Müsavat”a heç bir aidiyyəti yoxdur, heç indiyə qədər partiyanın üzvü olmayıblar. Bir hissəsi isə partiya daxilində nüfuza malik olmayan insanlardır ki, ancaq Arif Hacılının çıxardığı qərarlara tabe olmaları üçün gətiriliblər. Orada belə bir diktatura rejimi hökm sürür. Bu baxımdan da partiya üzvləri partiya sıralarını tərk edirlər və demək olar ki, bu gün Müsavat Partiyasının sıralarında Arif Hacılının və İsa Qəmbərin qohum-əqrəbasından başqa heç kim qalmayıb”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

