Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası kəskin pislənilib
14.05.2015 [10:18]
Mayın 13-də Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə əlaqədar Milli Məclisdə dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, dinləmələrdə Milli Məclisin deputatları, QHT nümayəndələri, bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycanın qitənin tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi böyük uğurdur. Heç də hər bir ölkəyə bu cür etimad göstərilmir. Hər bir ölkənin potensialı, təcrübəsi belə bir mötəbər tədbirə ev sahibliyi etməyə də imkan vermir. Gənc Azərbaycan dövlətinin belə bir mötəbər yarışa ev sahibliyi etməsi təəssüf ki, bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır.
Son zamanlar Azərbaycana qarşı bu cür kampaniyaların intensiv xarakter aldığını vurğulayan Şura sədri deyib: “Mayın 12-də Avropa Parlamentində bir qrup deputatın və QHT nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilib. Bu dinləmələrdə səsləndirilən ittihamlar cəfəngdir və heç bir həqiqəti əks etdirmir. Məsələn, deyirlər ki, Azərbaycana xarici jurnalistlərin gəlişi qadağan edilib. Təbii ki, bu, gülüncdür. Məlumdur ki, Azərbaycan Avropa Oyunlarını işıqlandırmaq üçün 1500-dən artıq jurnalisti qəbul etməyə hazırlaşır. Bundan əlavə, insan hüquqları, demokratiya ilə bağlı bir sıra digər məsələləri də qaldırırlar. Məsələnin mahiyyətinə vardıqda görürük ki, burada məqsəd tamam başqadır. Bu dinləmələrin təşkilatçılarından biri qondarma “erməni soyqırımı” ilə bağlı hazırlanan qətnamənin müəllifidir. Eyni zamanda, həmin dinləmələrin təşkilatçıları hər zaman Türkiyənin Avropa İttifaqına qəbul olmasının qarşısını almaq məqsədi güdüblər”.
Milli Məclis sədrinin müavini, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Valeh Ələsgərov vurğulayıb ki, Avropa Parlamenti deputatlarının bu cür addımlar atmaları təəssüf doğurur. Onların bu cür hərəkətlərinin səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsi və qüdrətli dövlət olmasıdır. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan öz maraqlarına uyğun müstəqil daxili və xarici siyasət yürüdür. Azərbaycan bütün təzyiqlərə baxmayaraq öz siyasətini davam etdirir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün bir sıra platformaların olduğunu qeyd edən Milli Məclisin sədr müavini vurğulayıb ki, əməkdaşlığın təməlində duran bu platformalarda hər kəs Azərbaycanla bağlı istənilən fikri deyə bilər. “Bu cür imkanlar ola-ola niyə onlar belə addımlara əl atırlar? Bu, Azərbaycana olan qərəzli münasibətin göstəricisidir. Bu qərəzliliyin də təməlində duran amillər hamıya məlumdur. Başqa dövlətlərdən fərqli olaraq Azərbaycanın kiminsə əlinə baxmağa ehtiyacı yoxdur. Biz tələb edirik ki, bizimlə bərabərhüquqlu tərəfdaş kimi danışılsın. Başqa cür yanaşmanı biz qəbul edə bilmərik”, - deyə Valeh Ələsgərov bildirib.
Sədr müavini deyib: “Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri vəzifəsinə təyin olunanda qanunvericilik sahəsində əməkdaşlıq edəcəyimizi düşünürdüm. Ancaq sonradan məlum oldu ki, belə olmayacaq. Biz ildə bir dəfə görüşməliyik. Son görüşümüz isə il yarım bundan əvvəl olub. Həmin vaxt ölkəmizə gəlməli olan 18 nəfərlik nümayəndə heyətindən cəmi iki nəfər gəlmişdi. Həmsədr və bir çexiyalı deputat. Əgər doğrudan da Azərbaycandakı vəziyyət sizi maraqlandırırsa, bəs niyə bu platformadan istifadə etmirsiniz? Burada gəlib bizimlə üzbəüz otura bilməyənlər sonra gedib bizdən gizli şəkildə bu cür tədbirlər keçirirlər. Bəs onda bu əməkdaşlıq komitəsi kimə lazımdır? Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, ya doğrudan da əməkdaşlıq etməliyik, ya da bu komitə ləğv olunmalıdır”.
Sonra mövzu ətrafında məruzələr dinlənilib.
“Azərbaycan-Avropa İttifaqı əlaqələri: Avropa Parlamentindəki bəzi qruplaşmaların pozuculuq fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bu mötəbər yarışın üzərinə öncədən kölgə salmaq məqsədi daşıyan dinləmələrin keçirilməsi, ölkəmizin ünvanına aqressiv-radikal mülahizələrin səsləndirilməsi qərəzli münasibətin bariz sübutudur. Bildirilib ki, Avropa Parlamentinin hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş alətinə çevrilməsi bu reallığı görməyi bacaran heç kimdə şübhə doğurmur. Bəzən yumşaq şəkildə ikili standartlar kimi qiymətləndirdiyimiz, əslində isə korporativ və qrup maraqlarından doğan çoxüzlü, riyakar siyasət ölkəmizə münasibətdə də özünü qabarıq şəkildə büruzə verir.
Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri Azər Həsrət “Avropa İttifaqı ölkələrində insan hüquq və azadlıqlarının vəziyyəti: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Avropa ölkələrində dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artır. Bu ölkələrdə tolerantlıq getdikcə yerini daha çox dözümsüzlüyə verir. Nəticədə müxtəlif dinlərin nümayəndələri, xüsusilə müsəlmanlar, yəhudilər, həmçinin qaradərililər ayrı-seçkiliyə məruz qalırlar. Kiçik uşaqların zorla ailəsinin əlindən alınmasının Avropada adi hala çevrildiyini deyən şəbəkə sədri hər il on minlərlə uşağın müxtəlif bəhanələrlə ailəsindən alındığını bildirib.
“Qərb ölkələrinin, beynəlxalq, dövlətlərarası, hökumətlərarası və QHT-lərin fəaliyyətində korrupsiya halları” mövzusunda məruzə ilə çıxış edən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Avropa İttifaqı ölkələrində korrupsiya fenomeni ciddi iqtisadi, siyasi və sosial problem kimi son illər daha çox diqqət çəkməyə başlayıb. Avropa İttifaqı ölkələrində son illər ciddi ictimai rezonans doğuran korrupsiya halları Avropa İttifaqı strukturlarını müvafiq araşdırmalar aparmağa məcbur edib. Korrupsiya sövdələşmələri, korrupsiya hüquqpozmaları o həddə çatıb ki, artıq kök salmış, kompleks xarakter almış korrupsiya fenomenindən söhbət açılır. Avropa İttifaqının statistika bürosunun 2014-cü il üçün məlumatına görə, qurum korrupsiyadan hər il orta hesabla 150 milyard dollar itirir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov “Hüquq müdafiə təşkilatı müstəqil siyasət yürüdən dövlətlərə təzyiq vasitəsi rolunda” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniya legitim tənqid deyil, ləkələmə və nüfuzdan salma məqsədi ilə həyata keçirilir. O, Azərbaycana qarşı bu cür qarayaxma kampaniyası aparan xarici QHT-ləri 3 qrupa bölüb: Birincisi, Azərbaycana qarşı düşmən münasibəti bəsləyən qüvvələrin əlində alət olan QHT-lər, ikincisi sifariş yerinə yetirən QHT-lər, üçüncüsü səhv məlumata malik olan və ya Azərbaycana dair yanlış məlumatlarla yüklənmiş təşkilatlar.
Daha sonra məruzələr ətrafında çıxışlar olub.
Milli Məclisin deputatları Asim Mollazadə, Məlahət İbrahimqızı, Fuad Muradov, Çingiz Qənizadə, Rövşən Rzayev çıxış edərək bəzi dairələr tərəfindən ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan çirkin kampaniyanı pisləyiblər. Onlar bu cür kampaniyaya qarşı ciddi fəaliyyət göstərilməsinin vacibliyini qeyd ediblər. Bu cür dinləmələrin Avropanın müxtəlif ölkələrində də keçirilməsinin zəruriliyi vurğulanıb. Birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunacağını əminliklə söyləyən deputatlar bildiriblər ki, bu mötəbər tədbir ərəfəsində ölkəmizə gələn əcnəbi qonaqlar Azərbaycandakı inkişafı görüb qarayaxma kampaniyasının yalan olduğunu başa düşürlər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bələdiyyələrə Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkəmizə qarşı aparılan bu cür əsassız kampaniyanın heç bir nəticə verməyəcəyini diqqətə çatdırıblar. Onlar bu “qara piar” kampaniyasının günbəgün çiçəklənən Azərbaycanın apardığı müstəqil siyasətin bəzi dairələr tərəfindən qəbul edilməməsi ilə bağlı olduğunu söyləyiblər.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

