/ / “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib
“ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib
11.06.2015 [09:36]
İyunun 10-da “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası və “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının birgə təşkilatçılığı ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə KİV və QHT rəhbərləri, politoloqlar iştirak ediblər.
Koalisiyanın əlaqələndiricisi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı antitəbliğat kampaniyası daha da güclənir. Azərbaycanın güclənməsi, əldə etdiyi uğurlar sözsüz ki, bəzi dairələri narahat edir. Tədbirdə bu narahatlığın yaranma səbəblərindən danışılacaq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri və anti-Azərbaycan kampaniyası” mövzusunda çıxış edib. O deyib ki, dünyanın bir sıra regionlarında xalqlar və dövlətlər arasında münasibətlərin gərginləşdiyi, dini və milli zəmində kənardan stimullaşdırılan ziddiyyətlərin dərinləşdiyi zamanda idman və mədəniyyət tədbirlərinin ənənəvi diplomatiya, eləcə də ictimai diplomatiyanın ən təsirli elementi kimi ön plana çıxması təbii qəbul olunmalıdır. Məgər müstəqil siyasət yeritməyə üstünlük verən dövlətlərin, o cümlədən Azərbaycanın ərazisində təşkil olunan kütləvi idman və mədəniyyət tədbirləri sülhə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya xidmət etmirmi? Əlbəttə ki, edir.
Qeyd edilib ki, aqressiyanın səbəbini də məhz burada axtarmaq lazımdır. Ölkəmizə qarşı aparılan və vahid mərkəzdən idarə olunduğu artıq heç kimdə şübhə doğurmayan kampaniyanın əsasında hansı dairələrin, hansı maraqların dayandığını xüsusi işarə ilə göstərməyə ehtiyac yoxdur. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyanın Avropa Oyunlarının boykot edilməsi ilə bağlı açıq çağırışı fikirlərimizin tamamilə doğru olmasını bir daha sübuta yetirir. Dünyanı müharibə ilə idarə etməyə çalışan, milyonlarla insanın faciəsi üzərində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışan güclər sözün əsl mənasında barışda, sülhdə maraqlı deyillər.
“ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ dairələri də fəal iştirak edirlər. Vurğulanıb ki, dini və etnik tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanın irqi ayrı-seçkiliyin tüğyan etdiyi, multikulturalizmin dəstəklənmədiyi ABŞ tərəfindən müzakirəyə çıxarılması təəssüf doğurur. ABŞ-da ağdərili polislər qaradərililərin üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edirlər. Onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar qəbul etməyə imkan verməzlər.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur. Bu ölkədə yetkinlik yaşına çatmayan gəncin edam edilməsi vəziyyətin nə yerdə olduğunu göstərir. ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tamamilə yolverilməzdir. Bu ölkədə qaradərili insanlara kifayət qədər təqib və təzyiqlər varsa, hansı demokratiyadan danışıla bilər?
Daha sonra koalisiyanın əlaqələndiricisi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirovun və digərlərinin mövzu ətrafında çıxışları dinlənilib. Qeyd edilib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, lakin rəsmi Vaşinqton adekvat addımlar atmır. Birləşmiş Ştatlar başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərinə qarışmağa çalışır. Diqqətə çatdırılıb ki, dünya bərabərhüquqlu prinsiplər əsasında qurulubsa, hər kəs başqasının seçdiyi yola hörmətlə yanaşmalıdır. Əks halda biz də məcbur oluruq ki, başqalarının daxili durumunu müzakirə edək. Əgər bu gün ABŞ-da insanın təhlükəsiz yaşamaq hüququna təminat yoxdursa, yaşamaq təhlükəlidirsə, o halda Konstitusiya və İnsan Hüquqları Bəyannaməsi ilə yaşananlar arasında çox böyük fərq var. İnsan hüquqlarına hörmət etməyən bir ölkənin başqa dövlətlərdə bunu bəhanə gətirərək daxili işlərə qarışması ikili standartdır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

