Azərbaycan Avropanın tarixində yeni səhifə açdı
25.06.2015 [09:51]
Prezident İlham Əliyev: Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik
Müstəqil Azərbaycanda bütün dünya və Avropa üçün böyük önəm daşıyan tarixi günlər yaşanır. Cari il iyunun 12-dən etibarən dünyanın idman nəbzi tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla ev sahibliyi edən ölkəmizdə döyünür. Bakıda yeni inşa olunan möhtəşəm Olimpiya Stadionunda baş tutan birinci Avropa Oyunlarının son dərəcə heyrətamiz açılış mərasimi “qoca qitə”nin idman tarixində yeni bir səhifə açıb. Hazırda yarışlar böyük müvəffəqiyyətlə davam edir. Bundan sonra illər, qərinələr ötəcək və şübhəsiz ki, yeni Avropa Oyunları da keçiriləcək. Ancaq həmişə minnətdarlıq hissi ilə xatırlanacaq ki, Avropada xalqlar, ölkələr arasında dostluq, həmrəylik ideyalarının təbliğinə xidmət edən bu xoş ənənənin başlanğıcı məhz Azərbaycanda qoyulub.
Ölkənin hər bir vətəndaşı Azərbaycanın Oyunlara uğurla ev sahibliyi etməsi ilə qürur duyur
Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Yarışlara Azərbaycan da daxil olmaqla 50 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılıb.
Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edilir. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada yayımlanır. Şübhə yoxdur ki, ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin xoş təəssüratları uzun müddət yaddaşlarda qalacaq. İyunun 14-də “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda vurğulandığı kimi, “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər beynəlxalq idman qurumları, tanınmış idman ekspertləri və nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarında beynəlxalq idman ictimaiyyətinin tanınmış simalarının iştirakı isə bu Oyunlara dünyada olan marağı bir daha aydın göstərir. Qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartlarını müəyyən etmək kimi şərəfli bir missiyanı yerinə yetirir.
Bütün bunlar isə müstəqil Azərbaycanın vətəndaşlarında haqlı qürur hissi doğurur. Yuxarıda haqqında bəhs etdiyimiz tədbirdəki çıxışında Prezident İlham Əliyev bu məqamı xüsusilə nəzərə çatdırıb: “Təsəvvür edə bilərsiniz ki, açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr etdiklərini bildirirlər”.
Ümumiyyətlə, birinci Avropa Oyunları ilə bağlı Azərbaycan cəmiyyətində yaşanan yüksək coşqunu xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin Azərbaycanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla Atletlər Kəndində keçirdiyi görüşdə vurğuladığı kimi: “Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib”.
Oyunlarla bağlı ölkəmizdə könüllülük hərəkatı daha geniş vüsət alıb. Burada gənclərin fəallığını xüsusi vurğulamaq gərəkdir. Belə ki, 20 mindən artıq könüllü Azərbaycan gənci bütün mərhələlərdə Oyunlara öz dəstəyini ifadə edib.
Birinci Avropa Oyunları həm də tarixi ədalətin bərpasıdır
Məlumdur ki, əksər dünya ölkələrinin qatıldıqları Yay və Qış Olimpiya Oyunları ilə yanaşı, bir sıra qitə miqyaslı yarışların da keçirilməsi artıq ənənə halını alıb. Məsələn, Asiya, Amerika, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bütövlükdə dünya idmanının inkişafına öz töhfələrini verir. Avropa qitəsi üçün isə, necə deyərlər, tarixi ədalətsizliyə yol verilib. Olimpiya Oyunları Avropadan - Yunanıstandan intişar tapsa da, indiyədək qitə miqyaslı Oyunlar keçirilməmişdi. Nəhayət, Avropanın idman ictimaiyyəti bu istiqamətdə önəmli addım atıb. Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin iyununda Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Beləliklə, demək mümkündür ki, Bakıda böyük müvəffəqiyyətlə keçən Oyunlarla həm də Avropaya qarşı ədalətsizliyə son qoyulur. Prezident İlham Əliyev “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbuldakı çıxışında bu məqamı da xüsusi vurğulayıb: “2012-ci il dekabrın 12-də qəbul edilən qərar tarixi qərar idi... Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də, düşünürəm ki, bu, ədalətin təzahürü oldu”.
Azərbaycan isə, öz növbəsində, yarışlara çox yüksək səviyyədə hazırlaşıb. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi 2,5 ilə ən yüksək səviyyədə tamamlayıb. Bununla bağlı məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik”.
İdmançılarımızın Oyunlardakı möhtəşəm qələbələri Azərbaycanın yüksək səviyyəli idman ölkəsi olduğunu dünyaya bir daha nümayiş etdirir
Məqsədyönlü siyasət sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini söyləmək mümkündür. Davamlı dövlət qayğısı sayəsində ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli şəkildə möhkəmləndirilib. Təkcə onu vurğulamaq kifayətdir ki, qısa müstəqillik tarixində respublikamızda 50-dək Olimpiya kompleksi tikilib ki, onların da 40-ı bölgələrdə yerləşir. Bundan başqa, ayrı-ayrı idman klublarının təlim-məşq bazaları ən yüksək tələblərə cavab verir. Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində isə möhtəşəm Olimpiya Stadionu, ən müasir tələblərə cavab verən 5 yeni idman obyekti inşa edilib, bir sıra mövcud qurğularda əsaslı yenidənqurma işləri həyata keçirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, “bu gün Bakı regionun və bəlkə də, dünyanın ən inkişaf etmiş idman infrastrukturuna malik şəhərlərindən biridir”.
Bütün bunlar, öz növbəsində, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda uğurlar qazanmalarını şərtləndirir.
Ölkəmizin idmançıları birinci Avropa Oyunlarına da böyük səylə hazırlaşıblar. Oyunlarda Azərbaycan müxtəlif idman növlərində 291 idmançı ilə təmsil olunur. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları yer alıblar. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından ruhlanan idmançılarımız yarışların ilk günündən bizi yüksək nəticələrlə sevindirirlər. Azərbaycan komandasının tərkibində Oyunlarda iştirak edən Radik İsayev, Xetaq Qazyumov, Toğrul Əsgərov, Elvin Mürsəliyev, Rəsul Çunayev, İrina Zaretska, Ayxan Mamayev və digərləri bütün rəqiblərini məğlub edərək qızıl medallar qazanıblar. Ümumiyyətlə, Azərbaycan Oyunlarda ən çox sayda medal qazanan ölkələr sırasında yer alır və Rusiya, Almaniya, Böyük Britaniya kimi yüksək idman ənənələrinə malik olan ölkələrlə rəqabət aparır. İdmançılarımızın Oyunlardakı möhtəşəm qələbələri Azərbaycanın yüksək səviyyəli idman ölkəsi olduğunu dünyaya bir daha nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

