İtaliyanın “Daily cases” saytı: Azərbaycan mədəni və dini birgəyaşayışın modelidir
07.07.2015 [10:04]
İtaliyanın “Daily cases” saytında Azərbaycandakı multikultural mühitdən bəhs olunan məqalə yayılıb. Məqalədə Azərbaycan mədəni və dini birgəyaşayışın modeli, məscidlərlə yanaşı, sinaqoqların və kilsələrin fəaliyyət göstərdiyi fəxr ediləsi bir ölkə kimi təqdim olunur.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, paytaxt Bakının özəllikləri və respublikamızla bağlı digər məqamlara toxunan müəllif İtaliya Coğrafiya Cəmiyyətinin (ICC) nümayəndələrinin Azərbaycana səfəri ilə bağlı bu ay Romada keçirilmiş konfrans haqqında da məlumat verir. Diqqətə çatdırır ki, ICC-ni təmsil edənlər Azərbaycanda ongünlük səfərdə olublar. Azərbaycandakı mövcud mədəni müxtəlifliyi, tolerant mühiti dərindən öyrənən italiyalı mütəxəssislər öz təəssüratlarını konfransda bölüşüblər. Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimlinin də qatıldığı tədbir iqtisadiyyatla yanaşı, turizm potensialına görə də fərqlənən Azərbaycanı daha yaxından tanımağa imkan yaradıb.
Yazıda qeyd olunur ki, bu gün Bakı Avropaya hər zamankından daha yaxındır. Bu şəhərin zənginliyi, möhtəşəm tikililəri, qədim tarixi abidələri, müasir göydələnləri, geniş parkları sanki səmada əks olunan cənnəti xatırladır. Azərbaycan, eyni zamanda, TAP və TANAP layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm ölkəyə çevrilib.
Müəllif yazır ki, bu gün Bakı müxtəlif mədəniyyətlərə mənsub insanların eyni məkanda toplaşdığı, qlobal mövzuların müzakirə olunduğu bir şəhərə çevrilib. Belə tədbirlərdən biri də cari ilin mayında keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Tədbir haqqında ətraflı məlumat verən müəllif qeyd edir ki, Azərbaycandakı multikultural atmosfer bu cür tədbirlər vasitəsilə daha çox hiss olunur.
Azərbaycanın turizm imkanlarından da bəhs olunan məqalədə vurğulanır ki, buraya səfər edən hər bir turist təmiz küçələri və yaşıllıqları ilə zəngin olan bu ölkəyə heyran qalır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

