Kramer kimilərin dinləmələri Azərbaycan seçicisinə maraqlı deyil
29.10.2015 [09:18]
Məlum olduğu kimi, oktyabrın 28-də ABŞ Senatında Azərbaycanla bağlı dinləmələrin keçirilməsi planlaşdırılıb. Seçkilərdən 3 gün öncə belə bir dinləmələrin keçirilməsi iki amil baxımından diqqəti avtomatik olaraq siyasi məqsədlərə yönəldir.
Birincisi, dinləmələrdə Leyla və Arif Yunusların, eləcə də Xədicə İsmayılın məsələsi müzakirə olunacaq. Bu şəxslərin Qərbin bəzi qüvvələri tərəfindən Azərbaycana qarşı alət kimi istifadə edildiyi artıq təsdiq olunub. Hesab etmək olar ki, sözügedən qüvvələr öz agentlərinin həbsdə qalmaması üçün demokratiya və insan haqları kimi ali dəyərləri tapdamaq bahasına olsa belə, əllərindən gələni edirlər.
İkincisi, tədbirin moderatorluğunu Devid Kramerin aparmasıdır. ABŞ dövlət katibinin sabiq müavini Kramer “Freedom House” təşkilatının sədri olduğu dönəmdə həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. O, “Freedom House”dən getdikdən sonra da bu mövqeyindən əl çəkmir. Kramer Ermənistan sevgisi ilə də diqqəti cəlb edir. Ermənistanda etiraz aksiyaları zorakılıqla boğulanda, söz azadlığı tapdananda gözlərini bağlaması, lakin Azərbaycan haqda mənfi rəy formalaşdırmaq üçün bütün dezinformasiyalardan, əsaslandırılmamış məlumatlardan bol istifadə etməsi buna sübutdur. Əsassız şəkildə ABŞ rəhbərliyini Azərbaycana sanksiya tətbiq etməyə çağıran D.Kramerin erməni sevgisi erməni lobbisinə bağlı olmasından irəli gəlir. Belə bir şəxsin Azərbaycan haqda danışmağı qərəzli olduğu qədər, cəfəngdir.
“Seçki-2015.az” saytı Senatda keçiriləcək dinləmələrlə bağlı politoloqların rəyini öyrənib.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycanla bağlı dinləmələrin məhz seçki ərəfəsində keçirilməsi onun obyektiv olmayacağına əsas yaradan birinci amildir: “Prosesləri analiz etdikdə bunun, əslində, seçkilərə təzyiq olduğunu görmək olur. Təbii ki, ABŞ boyda nəhəng dövlətin milli maraqlarının erməni lobbisinin şəxsi istəklərinə qurban verilməsi təəssüfedici faktdır”.
Professor qeyd edib ki, bu dinləmələrin Devid Kramer kimi bir şəxsin moderatorluğu ilə keçirilməsi onun qərəzli olduğuna əsas yaradan ikinci amildir: “Çünki bu şəxs özlüyündə çox subyektiv insandır və onda Azərbaycanı gözügötürməzlik təsdiq olunub. Onun rəhbərliyi altında keçirilən dinləmələr obyektiv və ədalətli olmadığı kimi, ABŞ-ın özünə də xeyir gətirə bilməz. Belə görünür ki, Azərbaycan haqda mənfi imic formalaşdırmağa cəhdlər edilir. Lakin Azərbaycanda keçirilən seçkilər hər şeydən öncə ölkə seçicilərinin seçmək azadlığının təmin olunmasına hesablanıb. Bu baxımdan, Azərbaycan seçicisi üçün Devid Kramer kimilərin dinləmələri maraqlı deyil”.
F.Sadıqov bildirib ki, Senatdakı dinləmələrin Azərbaycandakı seçkilərə heç bir mənfi təsiri ola bilməz: “Əksinə, bu qüvvələr özlərini biabır edəcəklər”.
Politoloq Sədrəddin Soltan isə qeyd edib ki, Azərbaycanla bağlı istənilən məsələni kimin müzakirə və ya moderatorluq etməsindən asılı olmayaraq, belə çıxışlar daha çox ya şəxsi, ya lobbi, ya da hansısa dövlət maraqlarına xidmət edir: “Heç şübhəsiz, ABŞ-la Azərbaycan arasında müttəfiqlik mövcuddur. Müttəfiqliyin və tərəflər arasında əməkdaşlığın genişlənməsi baxımından ölkəmizdəki seçkilərin ABŞ Senatında müzakirəsini normal qarşılaya bilərik. Lakin bu dinləmələrin kimlər tərəfindən keçirilməsi də vacibdir. Belə görünür ki, dinləmələri keçirəcək şəxslər Azərbaycana qarşı birmənalı olaraq qərəzli mövqedə olanlardır. Bu baxımdan, dinləmələrin obyektivliyi şübhə altına düşür”.
Politoloq bildirib ki, həmin dinləmələrdə səslənən fikirlərdən asılı olmayaraq, bunun seçkilərə heç bir mənfi təsiri olmayacaq.
“Hesab etmək olar ki, bu toplantı ilə seçki prosesinə təsir etmək istəyirlər. Lakin Azərbaycan ictimaiyyəti bu cür məsələlərə önəm vermir”, - deyə o vurğulayıb. S.Soltan əlavə edib ki, dinləmələrdə hər hansı sənəd qəbul ediləcəksə, güman ki, bundan perspektivdə Azərbaycana müxtəlif məsələlərdə təzyiq aləti kimi istifadə olunacaq: “Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz demokratik seçkilərini keçirəcək və kənarda kimlərin nə deməyindən asılı olmayaraq, güclü seçki ənənəsini nümayiş etdirəcək”.
Xəbər lenti
Hamısına baxElm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15

