Vladimir Jirinovski: Azərbaycan hakimiyyəti Qərbin təzyiq cəhdlərinə sərt cavab verir
29.10.2015 [09:28]
Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Secki-2015.az saytına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycanla Rusiya arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Rusiya arasında münasibətlərin bugünkü səviyyəsini yüksək qiymətləndirirəm. Məlumdur ki, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Biz Azərbaycanda çoxlu sayda demokratik namizədləri görürük. Avropa ölkələrinin çoxunda bu, yoxdur. Bəzi politoloqlar bildirirlər ki, guya seçki kampaniyası sönük keçir. Mən başa düşmürəm, bəlkə kampaniya stadionda azarkeş kütləsinin iştirakı ilə keçirilməlidir? Seçkilər siyasi xarakter daşıyır, insanlar sakit tərzdə evdə otururlar, öz işləri ilə məşğuldurlar. Burada hansısa qarşıdurma olmamalıdır. Azərbaycanda müxalifət mövcuddur, Yaxın Şərqdəki hadisələr düzgün qiymətləndirilir, həmçinin cəmiyyət hakimiyyətin ətrafında düzgün birləşib. Rusiyada Azərbaycan hakimiyyətinə böyük hörmətlə yanaşılır. Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmət var. Biz Prezidenti və Onun atası Ulu öndər Heydər Əliyevi yaxşı tanıyırıq.
Azərbaycandakı sabitlik və firavanlıq bütün postsovet ölkələri üçün nümunə ola bilər. Azərbaycandakı vəziyyət bir növ Rusiyanı xatırladır. Bizdə də hakimiyyət prezidentin, eləcə də mərkəzi və regional parlamentdə böyük səs çoxluğu qazanmış iqtidaryönlü partiyanın əlində cəmləşib. Bu, bir növ müqavilə növüdür - hakimiyyət və sabitliyin mübadiləsi. Biz bir çox ölkələrdə, məsələn Ukraynada baş verənləri - inqilabı, “Meydan” hadisələrini görürük. Bütün bunlar çox təhlükəlidir və Azərbaycana lazım deyil.
- Qərb hər dəfə seçkiöncəsi Azərbaycana təzyiq etməyə cəhd göstərir...
- Bəli, biz Qərbin seçkiöncəsi təzyiqlərini, keçirdiyi seminarları, tənqidlərini görürük. Bu, yolverilməzdir. Hüquq müdafiəçiləri də öz oyunlarını oynamaq istəyirlər. Praktik olaraq, bu, son illər Rusiyada baş verən hadisələrin təkrarıdır. Azərbaycanın öz müstəqil siyasətini yürütmək haqqı var.
- Bəlkə Qərb bu yolla nəyəsə nail olmağa can atır?
- Azərbaycan heç nədən qorxmur. Azərbaycan hakimiyyəti Qərbin istənilən təzyiqlərinə sərt cavab verir. Heç kim Azərbaycanda hansısa “Meydan” təşkil etməyə nail olmayacaq. Onlar bunu etmək istədilər, bu çirkin işlərə cəlb edə bildikləri bir neçə gəncin həyatını məhv etdilər. Bu məqsədlə QHT-lər üçün milyonlarla dollar xərclədilər, “beşinci kolon” yaratdılar. Sabitliyi pozmağa cəhd etdilər, müəyyən dairələrdən olan insanları hakimiyyətə gətirməyə çalışdılar. Amma Azərbaycan Prezidenti bütün bunları gördü və ölkənin inkişafına mane olmaq istəyənlərə layiqli cavab verdi. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Azərbaycan Rusiyanın vacib tərəfdarıdır. Dünyada neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsul 6 faiz artıb. Bu, qeyri-neft sektorunun inkişafı hesabına mümkün olub.
Azərbaycanla Rusiyanın birgə maliyyələşdirdiyi investisiya layihələri mövcuddur. Rusiya vətəndaşlarının Azərbaycana, bu ölkənin Prezidentinə və zəhmətkeş xalqına çox yaxşı münasibəti var. Bu, MDB ölkələri üçün nümunə olmalıdır. Azərbaycanın uğurları bizi sevindirir. İnanırıq ki, Azərbaycanda seçkilər sakit, normal şəraitdə keçəcək. Növbəti həftə Azərbaycanda yeni parlament formalaşacaq və bizim ölkələrimiz arasında münasibətlər bundan sonra da sabit şəkildə inkişaf edəcək.
- Azərbaycandakı sabitliyi pozmaq üçün Qərb tərəfindən hansısa cəhdlər olacaqmı?
- Əlbəttə, Qərb Azərbaycana heç olmasa Gürcüstandakı qədər təsir göstərmək istədi. Amma biz bu təsirin nəticələrini gördük. Saakaşvili hakimiyyəti itirdi və vətəndaşların əksəriyyəti bundan narazıdır. Biz Ukraynadakı vəziyyəti də görürük. “Meydan” hadisələrini dəstəkləyənlərin hamısı məyus və narazıdır. Prezident, parlament və vətəndaşların əksəriyyəti daxili siyasətə müdaxilə etmək və sabitliyi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alacaqlar. Prezident seçkilərin sakit şəraitdə keçməsi üçün əlindən gələni edəcək və noyabrın 2-də insanlar təmiz vicdanla işə yollanacaqlar. Onlar hər şeyin qaydada olduğunu, parlamentin mövcudluğunu və sabitliyi pozmaq cəhdlərinin uğursuzluqla nəticələnəcəyini biləcəklər.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda səsverməni izləməkdən imtina etdi. Bu haqda nə deyə bilərsiniz?
- Bəzi ölkələr, beynəlxalq təşkilatlar, ATƏT, Avropa İttifaqı nümayəndələri müəyyən hallarda seçkilərə qatılmırlar. Onlar burada nöqsan tapmamaqdan qorxurlar. Azərbaycan onlara əhəmiyyət verməməlidir. Qərb ölkələrində, o cümlədən ABŞ-da kifayət qədər çatışmazlıqlar var. Orada insanlar təqib olunur, çoxlu sayda toqquşmalar baş verir. Qoy onlar öz bildikləri kimi etsinlər. Hansısa beynəlxalq müşahidəçinin seçkilərdə iştirak etməməsi nə vəziyyətə, nə də Azərbaycan sakinlərinin xoş əhval-ruhiyyəsinə təsir etməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35

