Tomas Qolts: Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında köməyimi əsirgəməyəcəyəm
29.10.2015 [10:10]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 28-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın Montana Universitetinin professoru, müstəqil jurnalist Tomas Qoltsla görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazirin müavini Əli Həsənov 15 il müddətində Cənubi Qafqaz bölgəsində müstəqil jurnalist kimi araşdırmalar apardığı, müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olarkən araşdırmaları nəticəsində “Azərbaycan Gündəliyi” adlı kitab yazdığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında geniş məlumatlar topladığı, Amerika ictimaiyyətinə faciə ilə bağlı məlumatları çatdıran ilk jurnalist olduğu üçün Tomas Qoltsa dərin minnətdarlığını bildirib.
Baş nazirin müavini deyib: “Biz bilirik ki, Siz müxtəlif vaxtlarda ABŞ və onun ayrı-ayrı şəhərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən konfranslarda iştirak etmiş, mühazirələr oxumuş və Xocalı faciəsi haqqında çəkdiyiniz sənədli filmi nümayiş etdirmisiniz. ABŞ-da olan erməni icması isə Sizi Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyiniz üçün müxtəlif vaxtlarda ittiham etmişdilər. Lakin Siz Xocalı soyqırımının şahidi kimi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük işlər görmüsünüz”.
Əli Həsənov, həmçinin Tomas Qoltsun doğma torpaqları işğal altında olan “Qarabağ” futbol klubundan bəhs edən “Qarabağ” adlı film çəkməsini, həmin filmin Monako Knyazlığında idman filmləri festivalında nümayiş olunaraq mükafata layiq görülməsini yüksək qiymətləndirib, hazırda bu filmin bütün dünyada nümayiş olunması üçün rejissora uğurlar arzulayıb.
Görüşdə bildirilib ki, “Qarabağ” filmi Monako Knyazlığında nümayiş olunarkən bir erməni Tomas Qoltsa yaxınlaşıb və bu filmin guya sifariş əsasında hazırlandığını deyib.
Tomas Qolts isə qeyd edib ki, onun əsas məqsədi dünyaya çatdırmaqdır ki, bu film qaçqın və məcburi köçkünlərin öz vəsaitləri hesabına çəkilib. Bu insanlar ümid edirlər ki, həmin film onlar haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayacaq.
Bununla əlaqədar olaraq, Baş nazirin müavini Əli Həsənov 1100 nəfər məcburi köçkünün imzası ilə toplanmış sənədləri Tomas Qoltsa təqdim edib.
Tomas Qolts hazırladığı filmi öz kompyuterində Əli Həsənova göstərib. Baş nazirin müavini filmə baxdıqdan sonra bildirib ki, “Qarabağ” dünyada doğma torpaqları işğal altında olan yeganə futbol klubudur.
Baş nazirin müavini diqqətə çatdırıb ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir.
Azərbaycanın müstəqil dövlət kimi müstəqil siyasət yeritdiyini, Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Əli Həsənov, həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də məlumat verib.
Ətraflı məlumata, ona təqdim edilən materiallara və məcburi köçkünlərin imzası ilə hazırlanmış sənədlərə görə minnətdarlığını bildirən Tomas Qolts bundan sonra da Azərbaycan haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında öz köməyini əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

