Helsinki komissiyası Azərbaycana dair brifinq keçirib
07.11.2015 [10:12]
Noyabrın 5-də Azərbaycanda insan haqları və vətəndaş cəmiyyəti mövzusuna həsr edilən növbəti brifinq keçirilib. Helsinki komissiyasının nümayəndəsi Şelli Xanın sədrliyi ilə keçirilən brifinqdə 2012-2014-cü illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Morninqstar, qeyri-hökumət təşkilatları ilə bağlı məsələlər üzrə Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Natalya Burcali, Arif və Leyla Yunusun qızı Dinara Yunus çıxış ediblər.
Sabiq səfir Riçard Morninqstar Amerika-Azərbaycan münasibətlərindən danışaraq qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələrə baxmayaraq, ikitərəfli münasibətlərdə soyuqluq müşahidə edilir. Səfir bildirib ki, buna səbəb iki faktordur - “insan haqlarının vəziyyəti” və Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişənin tənzimlənməməsidir”.
R.Morninqstar qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində Azərbaycan ABŞ-dan böyük səylər və Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması üçün ABŞ tərəfindən ona təzyiq göstərilməsini gözləyir.
R.Morninqstar Amerika-Azərbaycan əməkdaşlığının mühümlüyünü vurğulayaraq qeyd edib ki, hər iki tərəf etimadlı münasibətlərin davam etdirilməsində maraqlıdır. Diplomat deyib ki, ABŞ Azərbaycanın daxili siyasi vəziyyətinə təsir etməyə çalışmır. O, daha sonra qeyd edib ki, Azərbaycan Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunub saxlanmasında əhəmiyyətli rol oynayır və ABŞ-ın mühüm enerji tərəfdaşıdır. O, Azərbaycanın iqtisadi inkişaf tarixi və uğurlu enerji layihələri barədə danışaraq qeyd edib ki, ABŞ Azərbaycanı bu və digər layihələrin həyata keçirilməsində həmişə dəstəkləyib. R.Morninqstar fikrinə davam edərək bildirib ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasının qarşısının alınması da vacibdir. Sabiq səfir Azərbaycanda daxili sosial proseslərlə bağlı narazılığını bildirərək, vətəndaş cəmiyyəti məsələsinə də toxunub.
Sonra Natalya Burcali çıxış edib, Azərbaycanda vətəndaş cəmiyyəti məsələsinə dair mövqeyini bildirib. O, qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması qanunlarında dəyişikliklərdən və QHT-lərin xaricdən qrant ala bilmədiklərindən danışıb.
Azərbaycanın tənqidinə həsr edilən əvvəlki brifinqlərdə olduğu kimi, bu brifinq də onunla fərqlənib ki, bütün məruzəçilər insan haqları ilə bağlı mənfi fikirlərini bildiriblər, lakin azərbaycanlı qaçqınların və məcburi köçkünlərin tapdalanmış hüquqlarına nəyə görəsə məhəl qoymayıblar.
Azərbaycan sadəcə ABŞ-ın Ermənistana təzyiq göstərməsini arzulamır, o Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarına şəraitin yaradılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsini görmək istəyir, çünki onların Ermənistan tərəfindən pozulmuş hüquqları Azərbaycanda “insan haqlarının vəziyyəti” kontekstində çox vacibdir.
Bununla yanaşı, bu il yayda Ermənistan Yerevanda və digər şəhərlərdə hökumətə qarşı kütləvi etiraz aksiyalarından siyasi “infark” keçirib. “Elektrik Yerevan” adlanan hərəkatda onlarla nümayişçi qəddarcasına döyülüb və həbs edilib. Bundan əlavə, Amerikanın “Azadlıq” Radiosunun iki jurnalisti döyülüb. Bəs hanı Helsinki komissiyasının Ermənistan hökumətinin fəaliyyətini ittiham edən bəyanatı? Hanı doğma torpaqlarından qovulmuş məcburi köçkünlərin hüquqlarının bərpasını tələb edən beynəlxalq konvensiyaların və sənədlərin icra edilməsinə yönələn çağırışlar? Hanı Kapitoli təpəsindəki binalarda insan haqlarına və Ermənistanda jurnalistlərə qarşı təcavüzə həsr olunan və Sarkisyan rejimini insan haqları ilə bağlı vəziyyəti düzəltməyə çağıran brifinqlər?
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32

